18 C
Baku
10 Oktyabr 2025, 23:02
Dünya

İsrailə gedən gəmi İtaliya limanında saxlanıldı

İtaliyanın Livorno limanında İsrail bayrağı altında üzən “Zim Virciniya” gəmisinə heç bir yükü yükləmək və boşaltmaq icazəsi verilməyib.

İtaliyada bir müddətdir ki, müxtəlif limanlarda İsrailə yük daşıyan gəmilərə qarşı, Fələstinə və Qlobal Sumud Donanmasına dəstək, eləcə də İsrailin Qəzzada törətdiyi soyqırımına qarşı etiraz aksiyaları keçirilir.

İtaliya mətbuatının verdiyi məlumata görə, dünən Livorno limanının işçiləri İsrailə yük daşıdığını anladıqları “Zim Virciniya” gəmisinin yanaşmasından sonra tətil edəcəklərini və heç bir yük boşaltmayacaqlarını açıqlayıblar.

Nəticədə “Zim Virciniya” gəmisi yükü boşalda bilmədən Livornodan yola düşməyə məcbur olub.

Livornoda ölkənin ən böyük həmkarlar ittifaqı olan İtaliya Ümumi Əmək Konfederasiyasının (CGIL) rəsmisi Gianfranco Francese deyib: “(Dünən) səhər Zim Virciniya gəmisi limanımıza yanaşdı, lakin liman işçiləri dərhal limanlarını müdafiə edəcəklərini və heç bir şey yükləməyəcəklərini və ya boşaltmayacaqlarını açıqladılar. Biz bir daha vurğulayırıq ki, Qəzzada baş verənlər müharibə deyil, Qəzzada baş verənlər soyqırımdlr.

Son 10 gün ərzində Livorno, Genuya, Ravenna, Taranto və Venesiyanın Marqera limanlarında liman işçiləri partlayıcı maddələr və ya yanacaq daşıyan gəmilərin İsrailə yanaşmasının qarşısını alırlar.

Bu arada, CGIL-in Baş Assambleyası yekdilliklə Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Flotillasının İsrail ordusu tərəfindən dayandırılacağı təqdirdə milli ümumi tətil çağırışına səs verib.

Dokerlər də eyni şəkildə Qəzzaya gedən Qlobal Sumud Donanmasının qarşısının alınacağı təqdirdə limanları bağlayacaqlarını bəyan ediblər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Avropa Komissiyasının sədri Ukraynaya səfər etdi

Aynur Camal

ABŞ-ın Kuba ilə bağlı qərarı: Terrorçuluğu dəstəkləyən ölkələr siyahısından çıxarılacaq

Aynur Camal

İçməli suda uran tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu