30 C
Baku
9 İyun 2025, 17:11
Baş xəbərDünya

İsrailə verilən vaxt bitdi, ABŞ-ın təhdidləri boş çıxdı!

ABŞ prezidenti Co Bayden administrasiyasının İsrailə verdiyi 30 günlük müddət başa çatıb. Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün verilən 30 günlük müddət bitdikdən sonra administrasiya Tel-Əvivə qarşı heç bir sanksiya tətbiq etməyib. ABŞ mediası Bayden administrasiyasını tənqid edib. İsrail Qəzzada aclıqdan silah kimi istifadə edərkən, ABŞ-ın Təl-Əviv rəhbərliyinə verdiyi müddət başa çatıb. Qəzzada humanitar böhran dözülməz həddə çatıb. ABŞ isə Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün verilən 30 günlük müddət bitdikdən sonra heç bir addım atmadı. HƏMAS ABŞ-ı qatil İsrailin tərəfdaşı olmaqda günahlandırsa da, ABŞ mediası prezident Co Bayden hökumətini sərt tənqid edib.

ABŞ Dövlət Departamenti Qəzzadakı humanitar böhran düzəlməzsə, İsrailə silah göndərilməsinin məhdudlaşdırılacağını iddia etsə də, davam edən böhran Bayden administrasiyası tərəfindən geri addım kimi şərh edilib.

”ABŞ təhdidini geri götürdü”

ABŞ mediası Həmas və Qəzzadakı humanitar təşkilatların Bayden administrasiyasına reaksiyalarını da əlavə edib. “Washington Post” qəzeti “ABŞ-ın təhdidini geri götürdüyünü” bildirib. Xəbərdə, yardım təşkilatları və BMT rəsmilərinin İsrailin ABŞ-ın tələblərinə böyük ölçüdə əməl etmədiyini ifadə etdiyi yazılıb. CNN İnternational, Qəzzadakı humanitar böhrana baxmayaraq, ABŞ-ın İsrailə qarşı siyasətini dəyişmədiyi və heç bir sanksiya tətbiq etmədiyi üçün vəziyyəti “apokalipsis” kimi şərh etdi.

Magazine NewRepublic, “Bayden administrasiyası İsrailə verilən 30 günlük müddətin tamamilə uydurma olduğunu etiraf etdi” deyib. İsrailin ABŞ-ın heç bir tələbini yerinə yetirmədiyini bildirən Newrepublic, Təl-Əviv rəhbərliyinin heç bir nəticə ilə üzləşmədən hərəkətlərini davam etdirdiyini yazıb.

Qəzzadakı humanitar təşkilatlar birgə hesabat dərc ediblər. Xəbərdə İsrail hökumətinin ABŞ-ın tələblərini yerinə yetirmək əvəzinə Qəzzaya hücumlarını davam etdirdiyi, humanitar yardımın bölgəyə daxil olmadığı bildirilib. Hesabatda aşağıdakı ifadələr yer alıb:

“Humanitar yardım fəaliyyətlərinə dəstək vermək üçün Amerika kriteriyalarına cavab verməkdən uzağa İsrail, xüsusilə Qəzzanın şimalındakı vəziyyəti ciddi şəkildə pisləşdirəcək addımlar atdı”.

Həmas ABŞ administrasiyasının “İsrail Qəzzada humanitar vəziyyəti yaxşılaşdırmaq üçün addımlar atır” iddialarını pisləyib və ABŞ-ı 7 oktyabr 2023-cü ildən davam edən soyqırım və etnik təmizləmə müharibəsində “tərəfdaş” olmaqda ittiham edib.

HƏMAS-ın verdiyi açıqlamada, “ABŞ rəhbərliyinin işğalçıların Qəzzada humanitar vəziyyəti yaxşılaşdırmaq üçün addımlar atdığına dair iddialarını qınayırıq” ifadələrdən istifadə edilmişdir.

Norveç Qaçqınlar Şurası, Oxfam, Refugees International və Save the Children kimi səkkiz beynəlxalq yardım təşkilatının hazırladığı ortaq hesabatda İsrail hökumətinin Qəzzada ABŞ-ın tələblərini yerinə yetirməkdən uzaq, əksinə addımlar atdığı bildirilib. Xüsusilə Qəzzanın şimalındakı sahədə vəziyyəti ciddi şəkildə pisləşdirdiyi ifadə edilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Ərdoğan Putinlə görüşüb: Gündəm: Dağıstanda terror aktları

Aynur Camal

Hərbi hissədə XTQ-in yaradılması günü qeyd olunub

Aynur Camal

İsrail Qəzza zolağına yenidən qan tökdü: Ən azı 51 nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu