25 C
Baku
28 İyul 2025, 3:52
Dünya

İsrail əsgərlərinin müsəlmanları qəzəbləndirən hərəkəti: Məscidi mətbəxə çevirdilər!

İsrail əsgərlərinin Qəzzanın cənubundakı Rəfah Sərhəd Qapısının Fələstin tərəfində bir məscidi dağıdıb mətbəx kimi istifadə etməsinin ‘alçaq’ görüntüləri ortaya çıxıb.

İsrail ordusunun Rəfahı nəzarətə götürdüyü günlərdə çəkilən video sosial mediada əksini tapıb. İsrailin Qəzza zolağına hücumları 251 gündür davam edərkən, İsrail əsgərlərinin Qəzza zolağının Rəfah şəhərindəki məscidi mətbəx kimi istifadə etdiyi ortaya çıxıb.

İsrail əsgərləri Misir ərazisindən təxminən 280 metr aralıda yerləşən Rəfah aşırım məscidini zəbt edərək məscidi mətbəxə çeviriblər. İsrail əsgərlərinin sosial mediada paylaşdığı görüntülərdə məscidin içinin əsgərlər tərəfindən dağıdıldığı görülüb.

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib və mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçdiyini açıqlayıb. Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini bildirdi.

Digər tərəfdən yüzlərlə israilli nümayişçi Qəzza zolağında saxlanılan məhbusların azad edilməsi tələbi ilə nümayiş keçirib. Həftəlik mərkəzi nümayişə on minlərlə israilli qatılaraq Qəzzada məhbusların azad edilməsi üçün dərhal mübadilə razılaşmasının əldə olunmasını tələb edib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Nestle şirkətinin pizzalarında bakteriya tapılıb

Aynur Camal

Philips günəşi təqlid edən ağıllı lampa buraxıb

Aynur Camal

İngiltərə iqtisadiyyatı gözlənilmədən daraldı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu