23 C
Baku
10 İyun 2025, 1:36
Dünya

İsrail ABŞ-ın atəşkəs təklifini qəbul etdi! Daimi yoxsa müvəqqəti?

İsrail mediası Binyamin Netanyahunun ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Qəzzada yeni atəşkəs təklifini qəbul etdiyini bildirib. Digər tərəfdən, Həmas Qəzzada mümkün atəşkəs prosesi ilə bağlı vasitəçilər tərəfindən təqdim edilən yeni layihəni ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff vasitəsilə aldığını açıqlayıb. Anadolu Agentliyinin Yaxın Şərq xəbərləri üzrə direktoru Turqut Alp Boyraz “A Haber”in canlı yayımında təfərrüatları açıqlayıb.

İsrail mediası Binyamin Netanyahunun ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Qəzzada yeni atəşkəs təklifini qəbul etdiyini bildirib.

HƏMAS-dan verilən yazılı açıqlamada, sözügedən təklifin hazırda Hərəkatın müvafiq bölmələri tərəfindən “məsuliyyət hissi ilə” araşdırıldığı bildirilib. Açıqlamada veriləcək cavabın “Qəzzada Fələstin xalqının maraqlarını qoruyacaq, humanitar yardımların çatdırılmasına töhfə verəcək və daimi atəşkəsin təmin edilməsinə xidmət edəcək şəkildə olacaq” ifadə edilib.

HƏMAS-ın regionda ədalətli və hərtərəfli həll üçün istənilən konstruktiv səyi qiymətləndirməyə açıq olduğu vurğulanıb.

Stiv Vitkoffun təklifinin məzmunu ilə bağlı ətraflı məlumat verilməsə də, bu təşəbbüsün hazırkı atəşkəs danışıqları çərçivəsində atılan yeni bir addım olduğu bildirilib.

Açıqlamalara görə: “Dünən HƏMAS-ın qəbul etdikləri bir çərçivə razılaşması idi. Bu gün onlar ABŞ prezidenti Trampın nümayəndəsi Wikoffun həm İsrailə, həm də HƏMAS-a atəşkəs təklif etdiyini açıqlayıblar. HƏMAS bu təklifi aldıqlarını və vəziyyəti araşdırdıqlarını, lakin qəbul edib-etmədikləri ilə bağlı hələlik açıqlama vermədiklərini bildirib. İsrail mətbuatının məlumatına görə, İsrailin baş naziri Netanyahu Qəzzada əsir olan israillilərin ailələri ilə görüşüb. Həmin görüşdə o, ailələrə ABŞ-ın yeni atəşkəs və məhbus mübadiləsi təklifini qəbul edəcəklərini bildirib. Lakin o, müvəqqəti atəşkəs terminindən istifadə edib. İsrail mətbuatında əksini tapan detallara görə, ABŞ-ın hazırladığı bu təklif son dərəcə İsrail tərəfdarıdır. Əvvəla, bu, daimi atəşkəs, yəni müharibənin tamamilə dayandırılmasını ehtiva etmir. İsrail mətbuatında yer alan iddia və məlumatlara görə, HƏMAS bu məsələdə israrlı idi. O, ABŞ-dan zəmanət istəyirdi. Çünki HƏMAS hər dəfə İsrailin müvəqqəti atəşkəslə müəyyən sayda israillini əsir götürdükdən sonra Qəzzada dinc əhaliyə qarşı yenidən bombardmanlara başladığını deyirdi. Bu səbəbdən HƏMAS ABŞ-ın bu müharibəni tamamilə bitirəcək bir təklif təqdim etməsində israr etdi.

NƏ OLMUŞDU?

Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Witkoff, dünən Oval Ofisdə təşkil edilən tədbirdə Qəzzada ABŞ adından icra etdiyi mümkün atəşkəs prosesini dəyərləndirib.

Witkoff, “Düşünürəm ki, yaxın vaxtlarda təqdim olunacaq yeni saziş layihəsini göndərmək üzrəyik. Prezident bu gün onu nəzərdən keçirəcək. Müvəqqəti atəşkəs və uzunmüddətli bir həll haqqında çox yaxşı hiss edirəm; bu münaqişənin sülh yolu ilə həlli”.

Həmas dünən də ABŞ prezidenti Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Witkoff ilə Qəzzada atəşkəs üçün ümumi çərçivə barədə razılığa gəldiyini açıqlayıb.

MƏNBƏ: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Sərnişin təyyarəsi flaminqo sürüsünə çırpılıb

Aynur Camal

Nüvə təhlükələrinə cavab! İngiltərə müharibə mövqeyi tutdu

Aynur Camal

Rusiya Baxmutu nəzarət altına aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu