Dünya

İsrail Dəməşqə raket zərbələri endirdi, 5 nəfər həlak oldu

Suriya silahlı qüvvələri komandanlığının “SANA” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin cənub-qərb rayonlarına raket hücumu nəticəsində biri suriyalı hərbçi də daxil olmaqla azı 5 nəfər həlak olub.

“İsrail bu gün Suriyaya qarşı hava təcavüzü həyata keçirib”, – deyə məlumatda bildirilir: Raketlər işğal altındakı Qolan təpələri üzərindəki hava məkanından bəzi bölgələrə atılıb. Dəməşq şəhəri və ətrafdakı tətil yaşayış məhəllələrindəki evlərin dağıdılması da daxil olmaqla, xeyli maddi ziyana səbəb olub.

Biri hərbçi olmaqla 5 nəfər həlak olub, 15-i yaralanıb. Xəstəxanaya çatdırılanlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Bugun.tv xəbər verir ki, Suriya hava hücumundan müdafiə qüvvələri hava hədəflərinə atəş açıb və bir neçə raketi vurmağa nail olub.

Dubaydan yayımlanan “Əl-Hədas” telekanalı İsrailin Dəməşqin cənub-qərbindəki şiə milis düşərgəsinə zərbələr endirdiyini bildirib. Onun məlumatına görə, zərbə Suriyanın cənubundakı Əs-Suveyda radar stansiyasına da endirilib.

Xatırladaq ki, yanvarın 2-də İsrailin Dəməşqin cənub ətrafına hücumu zamanı iki suriyalı hərbçi həlak olub, ikisi isə yaralanıb. Suriya paytaxtında beynəlxalq hava limanı saatlarla bağlanıb.

Bugün TV

Oxşar xəbərlər

G7 enerji qiymətlərini azaltmaq üçün 100 milyon barel neft ehtiyatını bazara çıxaracaq

Aynur Camal

BMT Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün təcili addımlar atmağa çağırdı

Aynur Camal

İtaliya Aİ-nin Qırmızı dənizdəki missiyasının kifayət etmədiyini bildirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu