Bugun.tv xəbər vrerir ki, ABŞ Qəzzadan Misirə humanitar dəhliz yaratmağa çalışır
“TRT Haber”in məlumatına görə bildirilib ki, ABŞ Qəzza zolağından fələstinlilərin və Amerika vətəndaşlarının təxliyyəsi üçün istifadə olunacaq humanitar dəhliz yaratmaq üçün digər ölkələrlə işləyir.
İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, son 24 saat ərzində Vaşinqton administrasiyası fələstinlilərin və ABŞ vətəndaşlarının Qəzza zolağından çıxarılması üçün digər ölkələrlə koordinasiyalı şəkildə Misir üzərindən humanitar dəhliz yaradılması üçün hazırlıqlara başlayıb. Bu hazırlıqlar İsrailin Qəzza zolağında quru əməliyyatına başlayacağı ilə bağlı proqnozların artdığı bir vaxta təsadüf edib.
Xəbərdə fələstinlilərin Qəzza zolağından kimin təxliyəsinə icazə veriləcəyi və ya Misirdən sonra hara məskunlaşacaqları barədə ətraflı məlumat verilməyib.
ABŞ-ın İsraildəki səfirliyinin rəsmisi KAN-a açıqlamasında deyib: “O, misirlilər adından danışa bilməz, lakin buna icazə verəcəklərinə əmindir”.
Məsələ ilə bağlı Misirdən hələlik rəsmi açıqlama yoxdur.
Müxbir: İntizar Əmirova