31 C
Baku
22 İyul 2025, 12:34
Baş xəbərHadisəSiyasət

İsrail dövlət televiziyası: ABŞ Qəzzadan Misirə humanitar dəhliz yaratmağa çalışır

Bugun.tv xəbər vrerir ki, ABŞ Qəzzadan Misirə humanitar dəhliz yaratmağa çalışır

TRT Haber”in məlumatına görə bildirilib ki, ABŞ Qəzza zolağından fələstinlilərin və Amerika vətəndaşlarının təxliyyəsi üçün istifadə olunacaq humanitar dəhliz yaratmaq üçün digər ölkələrlə işləyir.

İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, son 24 saat ərzində Vaşinqton administrasiyası fələstinlilərin və ABŞ vətəndaşlarının Qəzza zolağından çıxarılması üçün digər ölkələrlə koordinasiyalı şəkildə Misir üzərindən humanitar dəhliz yaradılması üçün hazırlıqlara başlayıb. Bu hazırlıqlar İsrailin Qəzza zolağında quru əməliyyatına başlayacağı ilə bağlı proqnozların artdığı bir vaxta təsadüf edib.

Xəbərdə fələstinlilərin Qəzza zolağından kimin təxliyəsinə icazə veriləcəyi və ya Misirdən sonra hara məskunlaşacaqları barədə ətraflı məlumat verilməyib.

ABŞ-ın İsraildəki səfirliyinin rəsmisi KAN-a açıqlamasında deyib: “O, misirlilər adından danışa bilməz, lakin buna icazə verəcəklərinə əmindir”.

Məsələ ilə bağlı Misirdən hələlik rəsmi açıqlama yoxdur.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Rusiya pilotsuz uçan aparatlara qarşı lazer silahı yaradır: məlum olanlar

Aynur Camal

Pinqvinlərin boşanması bütün koloniyaya təsir edir

Aynur Camal

Peşə bayramı gününə həsr olunmuş maarifləndirici tədbir və fleşmob keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu