16 C
Baku
12 Oktyabr 2025, 0:12
DünyaSiyasət

İsrail fələstinlilərin dünya üçün yeganə sərhəd keçidini bağladı

İsrailin baş naziri Binyamin Netanyahunun işğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinlilərin ölkəni tərk etməsinin yeganə yolu olan Kral Hüseyn (Allenbi) körpüsünün sabah növbəti xəbərdarlığa qədər bağlanmasını əmr etdiyi bildirilir.

İsrail Ordusu Radiosunun müxbiri Doron Kadoş öz xəbərində Netanyahunun əmrinin çoxsaylı ölkələrin Fələstin dövlətini tanımasına cavab olaraq verildiyini şərh edib.

Bildirilib ki, Netanyahu işğal altındakı İordan çayının qərb sahilindən İordaniyaya sərhəd keçid məntəqəsi olan Kral Hüseyn körpüsünün növbəti xəbərdarlığa qədər insan və mal axınına tamamilə bağlanmasını əmr edib.

FƏLƏSTİNLİLƏRİN DÜNYAYA TƏK AÇIQ QAPISI

Fələstin Administrasiyasının yüksək rütbəli rəsmilərinin də İordaniyaya keçmək üçün istifadə etdiyi sərhəd keçidi işğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinlilərin dünyaya açılan yeganə qapısı kimi diqqəti çəkir.

Fələstin Administrasiyası İsraili sərhəd-keçid məntəqəsində tıxaclara və keçid problemlərinə səbəb olan özbaşınalıqlarına görə davamlı olaraq tənqid edir.

Sərhəd keçidi keçən həftə iki İsrail əsgərinin ölümü ilə nəticələnən hücumdan sonra nəqliyyat üçün bağlanıb, lakin sonradan yenidən açılmışdı.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Həyat gözəldir, yaşamaq da gözəldir

Aynur Camal

Ömrü və sağlam illəri uzatmağın sadə yolu

Aynur Camal

Britaniya kral ailəsinin internet saytı kiberhücuma məruz qaldı

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu