10 C
Baku
12 Dekabr 2024, 14:42
Baş xəbərDünya

İsrail gecə saatlarında Qəzzanı bombalayıb

İsrail Qəzzanın mərkəzi hissəsində yerləşən Deyr-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının bağçasında fələstinlilərin qaldığı çadırları hədəfə alıb.

İsrailin Qəzzaya hücumları 303-cü gündə də davam edir.

303 gündür minlərlə günahsızı qətlə yetirən, didərgin salan və həbs edən İsrail gecə boyu hücumlarını davam etdirdi.

Fələstinin rəsmi təşkilatı WAFA-nın xəbərinə görə; İsrail Qəzzanın mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsi ətrafındakı ərazini ağır bombardman edib. Hücumda ölən və yaralananların olduğu açıqlanıb.

Xilasetmə səyləri dağıntılar altında qalanların xilas edilməsinə davam edir.

İsrail döyüş təyyarələri Deyr əl-Bələh şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının bağçasında qurduqları çadırlarda qalan fələstinliləri hədəfə alıb. Ən azı 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

Yenə eyni bölgədə İsrail döyüş təyyarələrinin fələstinlilərə aid iki evi bombalaması nəticəsində 11 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Dağıntılar altında qalanların xilas edilməsi işləri davam edir.

MAŞINLARLA REYD TƏŞKİL OLUNUB

Qəzza zolağının cənubundakı Xan Yunus şəhəri və Qəzza şəhərinin Zeytun, Tel əl-Hava və Sabra məhəllələri də gecə boyu İsrail artilleriya bölmələri tərəfindən bombalanıb. İsrail hərbi gəmiləri də Qəzza zolağı boyunca fələstinlilərin evlərinə hücum edib.

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki Səudiyyə məhəlləsinə də hərbi maşınlarla basqın edib və şiddətli atəşə məruz qalıb.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən azı 16 min 314-ü uşaq, 10 min 980-i qadın olmaqla 39 min 550 fələstinli ölüb, 91 min 280 nəfər yaralanıb.

Mənbə:  EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ muzdluları Kurska girdilər, bayraq qaldırdılar

Aynur Camal

Süni intellekt yeni qlobal iqtisadi tarazlıqlar yarada bilər – ARAŞDIRMA

Bugün TV

İbrahim Tatlısəsin nəvəsi ortaya çıxdı!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu