14 C
Baku
13 Mart 2025, 13:50
Baş xəbərDünya

İsrail hücumunda eyni ailədən 9 nəfər həyatını itirdi

İsrail ordusunun səhər saatlarında Livanın cənubundakı Şeba bölgəsində bir evə təşkil etdiyi hava hücumu nəticəsində eyni ailədən 9 nəfərin həyatını itirdiyi bildirilib. Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə İsrail döyüş təyyarələrinin gecə saatlarından başlayaraq cənub bölgələrini bombardman etdiyi bildirilib.

Xəbərdə cənubdakı Şəba bölgəsində 3 mərtəbəli evin hədəfə alınması nəticəsində eyni ailədən 9 nəfərin həyatını itirdiyi, Burj Rehhal bölgəsində isə tərk edilmiş bir çoxlu binaların bombalandığı bildirilib.

Xəbərdə həmçinin İsrailin Deyr Qanun ən-Nahr, Əl-Halusiye, Debal, Əl-Bazuriye, Şehabiye, Əl-Abasiye, Kadmus, Cəl əl-Şərqi bölgələrinə həyata keçirdiyi hava hücumlarında çox sayda insanın öldüyü və yaralandığı qeyd edilib.

İsrailin hava hücumlarına məruz qalan cənubdan paytaxt Beyruta və digər təhlükəsiz bölgələrə köç dalğasının davam etdiyi qeyd edilib.

 İsrailin Livana qarşı gücləndirdiyi hücumlarda 748 nəfər ölüb

Oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.

Livan səlahiyyətlilərinə görə, intensivləşdirilmiş hava hücumlarında 748 nəfər ölüb, təxminən 150 min insan isə bombardmanlar nəticəsində ölkə daxilində didərgin düşüb.

İsrail ordusunun ölkənin cənub və şərq rayonlarını intensiv bombardman etməsinə Hizbullah raket hücumları ilə cavab verir.

Əsasən İsrail tərəfindəki ordu bazalarını hədəf alan bu hücumlarda ciddi dağıntı qeydə alınmayıb.

Ölkənin cənub bölgələrindən paytaxt Beyrut və şimala doğru köç dalğası davam edərkən, Suriyaya köç edənlərin də olduğu bildirilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ceyhun Məmmədov: “Güclü Azərbaycan Heydər Əliyevin bizə mirasıdır”

Aynur Camal

61 qeyri-qanuni miqrant xilas edildi

Bugün TV

Google əməkdaşları saxlanılıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu