Dünya

İsrail işğal olunmuş Şərqi Qüdsdə UNRWA binalarını buldozerlə dağıdır

İsrail təhlükəsizlik qüvvələri və ağır texnika Şərqi Qüdsün Sheikh Jarrah məhəlləsində yerləşən BMT-nin Fələstin Qaçqınları üçün Yardım və İşlər Agentliyi’si (UNRWA) kompleksində buldozerlərlə bir neçə binanı dağıtdı. Komplekss əvvəllər illərlə agentliyin iş ofisləri, yardım anbarları və təsisatları üçün istifadə olunub, lakin İsrail keçən il qanunla təşkilatın ölkə daxilində fəaliyyətini qadağan etmişdi və agentlik əməkdaşlarını çıxarmışdı. Təhlükəsizlik qüvvələri binanın ətrafını mühasirəyə alıb, küçələri bağlayıb və sonra ağır texnika ilə tikililəri yıxmağa başladı.

UNRWA rəhbərliyi bu addımı “nadir və misilsiz hücum”, “BMT-nin imtiyazları və beynəlxalq hüququna kobud hörmətsizlik” kimi qiymətləndirib və İsrailin burada həyata keçirdiyi dağıntıların hüquqa zidd olduğunu bəyan edib. İsrail tərəfi isə buna qədər bəyan edib ki, bəzi UNRWA əməkdaşlarının 2023-cü ilin 7 oktyabr hücumuna aidiyyatı var və kompleks artıq istifadədən çıxarılıb, buna görə də binaların sökülməsi qanunidir.

Bu hadisə beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub, bir sıra ölkələr və beynəlxalq təşkilatlar İsrailin bu hərəkətini “qanunsuz” adlandıraraq tənqid ediblər və bunun sülh prosesinə mənfi təsir göstərə biləcəyini bildiriblər.

Mənbə: Reuters.Com

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu