Oktyabrın 7-də HƏMAS-ın həyata keçirdiyi hücumlarda zəifliklərinə görə tənqid edilən İsrail Hərbi Kəşfiyyat İdarəsinin rəisi general-mayor Aharon Haliva məsuliyyətini qəbul edərək istefa verib.
Sözügedən açıqlama İsrail ordusundan verilib. Açıqlamada general-mayor Halivanın istefa məktubunu Baş Qərargah rəisi Herzi Haleviyə təqdim etdiyi bildirilib. Lakin Halivanın İsrail ordusunda əvəzlənməsinin müəyyənləşdirilməsinə ehtiyac olduğundan istefasının nə vaxt qüvvəyə minəcəyi hələlik məlum deyil.
“MƏSULİYYƏTİ QƏBUL EDİRƏM”
Aharon Haliva istefa məktubunda öz məsuliyyətini qəbul edib və bunları deyib:
“Komandirliyim olan kəşfiyyat bölməsi öz missiyasını yerinə yetirə bilmədi. Müharibənin ağrısını əbədi olaraq daşıyacağam. İndi məsuliyyəti öz üzərimə götürmək və vəzifəmi başa vurmaq istəyirəm”.
Haliva 7 oktyabr hücumlarından sonra uğursuzluğunu qəbul edən və istefa verməyə qərar verən ilk yüksək rütbəli hərbçi oldu.
İsrail ordusu komandanlıqlara 7 oktyabr hücumlarına səbəb olan uğursuzluqlarla bağlı təhqiqata başlamağı tapşırmışdı.
İsrail ordusunun mart ayında verdiyi açıqlamada, HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadalarının 7 oktyabr 2023-cü ildə hücuma hazırlığını fərq etməyən və ya almadığı düşünülən hərbi birliklərin Hücumdan əvvəl kafi tədbir alınsa, daxili araşdırmalar ediləcək.
Qeyd edilib ki, sözügedən araşdırmalar 2018-ci ilin martından 10 oktyabr 2023-cü ilə qədər olan 5 il ərzində orduda baş verən əməliyyat uğursuzluqlarına yönələcək.
Mənbə: TGRT