8 C
Baku
22 Dekabr 2025, 1:24
Baş xəbərDünya

İsrail Livanda əsasən xristianların yaşadığı kəndi vurdu: 18 nəfər ölüb

İsrail ordusunun Livanın şimalındakı Zgharta bölgəsindəki əsasən xristianların yaşadığı Aitou kəndinə hücumu nəticəsində 18 nəfər həyatını itirərkən, İsrail bir ildir davam edən qarşıdurmada ilk dəfə olaraq xristianların çoxluq təşkil etdiyi bölgəyə hücum edib.

İsrail qüvvələri Livanda bombardmanlarını davam etdirir…

Hücumlar ölkənin cənubunda cəmlənsə də, şimal bölgələrində İsrailin hədəfindədir.

İsrail ordusu ölkənin şimalındakı Zqarta bölgəsində əsasən xristianların yaşadığı Aitou kəndini hədəfə alıb.

Livan Qızıl Xaç Təşkilatı hücumda 18 nəfərin həyatını itirdiyini bildirərkən, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirildi.

Livanın Milli Xəbər Agentliyi bir ildir davam edən qarşıdurmada xristianların çoxluq təşkil etdiyi bölgənin ilk dəfə İsrail qüvvələrinin hücumuna məruz qaldığını bildirib.

Mənbə: İhlas Xəbər Agentliyi (İHA)

Aynur Camal

Oxşar xəbərlər

Yaponiya yeni zəmin yaradacaq

Aynur Camal

Tramp Rusiyanı qınayır! “Vladimir, artıq dayan”

Aynur Camal

Avropanı su basdı! 7 nəfər ölüb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu