Dünya

İsrail Livanın cənubuna hücum etdi: 5 ölü, 9 yaralı

Bugun.tv xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan məllumata görə, İsrail ordusunun sərhəd bölgəsində yerləşən Khirbet əs-Slim qəsəbəsinin Ayn bölgəsində bir ev hava-yer raketi ilə vurulub. Ata, hamilə həyat yoldaşı və 4-ü eyni ailədən olan 2 uşağından başqa daha bir nəfər həyatını itirib. Hücum nəticəsində 9 nəfərin yaralanıb. Müalicə üçün yaxınlıqdakı xəstəxanalara göndərildiyi qeyd edilib. İsrailin hədəf aldığı evin tamamilə dağıdıldılıb. Ətrafdakı bir çox evin də zərər gördüyü bildirilib.

İsrail ordusunun 8 oktyabr 2023-cü il tarixindən etibarən Livanın cənubuna hücumu nəticəsində həlak olan mülki vətəndaşların sayı 51-ə yüksəlib.

Bundan əlavə, toqquşmalarda 236 Hizbullah, 11 Əməl Hərəkatı, 12 Həmas, 12 İslami Cihad üzvü, 6 mülki İsrail vətəndaşı və 11 əsgər həlak olub.

Mənbə trthaber

Kəmalə Sultan

Oxşar xəbərlər

15 ildən sonra ilk Həcc reysi həyata keçirildi

Aynur Camal

Tramp: Yeganə planımız İranın nüvə silahına sahib olmamasıdır

Aynur Camal

İtaliya Qəzzadan 72 fələstinli tələbənin təxliyəsini həyata keçirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu