17 C
Baku
27 Oktyabr 2025, 3:07
Baş xəbərDünya

İsrail Livanın cənubuna yeni hücumlara başladı

Bugun.tv xəbər verir ki, İsrail ordusu Livanın cənubundakı bəzi sərhəd bölgələrini artilleriya atəşi və raketlərlə vurub. Livanın rəsmi agentliyi NNA xəbərinə görə, İsrail artilleriya bölmələri Livanın Mercayun bölgəsindəki Blida qəsəbəsini vurub.

TRT Haber-in məlumatına görə, Bölgədəki reportyorlar İsrailin Kefr Şuba bölgəsi və Halta və Gurayba kəndləri ətrafına raketlər atdığını da qeyd ediblər. Oktyabrın 8-dən sərhəddə Hizbullah ilə İsrail ordusu arasında qarşılıqlı toqquşmalar gedir. İndiyədək qarşıdurmalarda 12 Hizbullah üzvü və 3 İsrail əsgəri həlak olub. Livanda 1-i jurnalist olmaqla, ümumilikdə 3 mülki şəxs, İsraildə isə 1 mülki şəxs həlak olub.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Narkotiklə mübarizə tədbirləri aparılıb

Aynur Camal

Aşan motosikletdən yıxılanları avtomobil vurdu: 1 nəfər öldü, 1 nəfər yaralandı

Bugün TV

Uqandada qaçqın düşərgəsini ildırım vurdu: Çoxlu uşaq həyatını itirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu