Xəbər verildiyi kimi, İsrail ordusu Livanın Nəbatiyyə şəhərində üç qəsəbəyə hücumdan sonra Livanın cənubunda daha iki bölgəyə hava zərbələri endirib. Üç ilə yaxındır Qəzzada ən ağır soyqırım siyasətini həyata keçirən İsrail Yaxın Şərqdə iğtişaşları qızışdırmağa davam edir.
İsrail dünən axşam saatlarında başlayan hava hücumlarını bu gün də Livanın cənubuna davam etdirib.
Livan mətbuatının məlumatına görə, İsrail aviasiyası Tir şəhərinin əş-Şihabiyə və Bint əl-Cubeyl şəhərinin Bürc əl-Qələviyə qəsəbələrində iki binaya zərbələr endirib.
Xəbərdə İsrailin endirdiyi zərbələr nəticəsində ölənlərin olmadığı bildirilib.
Livan mətbuatının məlumatına görə, İsrail aviasiyası Tir şəhərinin Əl-Şihabiyə və Bint əl-Cubeyl şəhərindəki Bürc əl-Qələviyyə qəsəbələrində iki binaya zərbələr endirib.
Xəbərdə İsrailin endirdiyi zərbələr nəticəsində ölənlərin olmadığı bildirilib.
Dünən axşam saatlarında Livanın cənubundakı Nəbatiyyə şəhərində üç qəsəbəyə hava hücumu həyata keçirdikdən qısa müddət sonra İsrail döyüş təyyarələri Əş-Şihabiya və Bürc əl-Qələviyəyə də hücum edəcəklərini açıqlayıblar.
Ötən gecə İsrailin pilotsuz uçuş aparatının Livanın şərqindəki Baalbek şəhərində bir avtomobili hədəf alması nəticəsində iki livanlı həlak olub.
Mənbə: EnSonHaber