24 C
Baku
11 Sentyabr 2025, 10:08
Baş xəbərDünya

İsrail məktəbi və uşaq evini vurdu

Qəzza şəhərində məcburi köçkünlərin İsrail döyüş təyyarələri tərəfindən sığındığı məktəb və uşaq evinin bombalanması nəticəsində 10 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb. Fələstinin rəsmi agentliyi WAFA-nın yerli mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, İsrail döyüş təyyarələri Qəzzanın Tuffah bölgəsinin Zerka bölgəsində köçkünlərin sığındığı Muskat məktəbini bombalayıb.

Hücumda 5 fələstinli həyatını itirərkən, 3-ü uşaq olmaqla 17 nəfər yaralanıb.

İsrail döyüş təyyarələri Qəzza şəhərinin qərbində köçkünlərin sığındığı Amal Yetimlər İnstitutunu da bombalayıb.

Qəzza Mülki Müdafiə Müdirliyindən edilən yazılı açıqlamada İsrail döyüş təyyarələrinin Amal Yetimlər İnstitutunu bombalaması nəticəsində 5 fələstinlinin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Ukrayna NATO-nun bir hissəsi ola bilməz”

Aynur Camal

Dəməşq 12 ildən sonra addım atıb

Aynur Camal

Meloni AP seçkilərində namizəd olacağını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu