22 C
Baku
9 Sentyabr 2025, 3:08
Baş xəbərDünya

 İsrail Misir sərhədindəki münaqişədən sonra yeni tədbirlər görür

Bugun.tv xəbər verir ki, İsrailin Misir sərhədindəki münaqişədən sonra sərhəd xəttinə yaxınlaşmasının qarşısını almaq da daxil olmaqla yeni tədbirlər görəcəyi açıqlanıb. İsrail ordusunun radiosundan verilən açıqlamada, 3 iyunda Misir sərhədində baş verən qarşıdurmadan sonra İsrail qüvvələrinin Misir əsgərlərinin qeyri-adi hərəkətlərinə qarşı ayıq olmaları istənilib.

Bəyanatda bildirilir ki, Misir əsgərlərinə artıq etibar edilə bilməz. Bundan başqa sərhəddə hər hansı qeyri-adi vəziyyətin hücum kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq da edilib. Belə olan halda İsrail əsgərlərinin atəş açacağı və Misir əsgərlərinin sərhəddə yaxınlaşmasının qarşısı alınacağı bildirilib.

Xatırladaq ki, İsrail ordusu iyunun 3-də Misirlə sərhəddə baş verən qarşıdurmada 3 əsgərinin həlak olduğunu açıqlayıb.Açıqlamada əsgərlərə atəş açan hücumçunun Misirli polis zabiti olduğu və İsrail əsgərinin cavabı nəticəsində öldürüldüyü qeyd edilib.

Misir ordusundan verilən açıqlamada isə narkotik qaçaqmalçılarını qovarkən sərhəd barrikadasını keçdiyi, ardınca baş verən qarşıdurmada 3 İsrail əsgəri və mühafizəçinin öldüyü, 2 İsrail əsgərinin isə yaralandığı bildirilib.

Hadisədən sonra İsraildən üç yüksək rütbəli ordu rəsmisi Misirin paytaxtı Qahirəyə səfər edib və davam edən birgə araşdırma ilə bağlı rəsmilərlə görüşüb.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Prezident məşhur rəssamı təltif etdi

Nigar Məmmədova

186 illik tarixi məscid uçdu: 10 nəfər öldü

Bugün TV

Martın 31-də başlayan meşə yanğını davam edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu