19 C
Baku
8 Sentyabr 2024, 3:39
Baş xəbərDünya

İsrail Müdafiə Ordusu 400-dən çox HƏMƏS yaraqlısını zərərsizləşdirib

Bugun.tv xəbər verir ki, Qəzza zolağında 400-dən çox HƏMƏS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlısı zərərsizləşdirilib, onlarla silahlı əsir götürülüb.

“Report”un məlumatına görə, bu barədə “i24” telekanalı İsrail Müdafiə Ordusunun nümayəndəsinə istinadən bildirib. “Qəzzada 400-dən çox terrorçunu məhv etdik, onlarla terrorçu isə əsirliyimizdədir”, – telekanal mətbuat katibindən sitat gətirib.

Qeyd olunub ki, Kfar-Azda şiddətli döyüşlər gedir. Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Türkdilli dövlətlərin jurnalistləri qardaş ölkəyə səfər ediblər – FOTO

Bugün TV

18 yaşlı qız itkin düşüb

Bugün TV

Gəncə sakini bıçaqla qətlə yetirildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu