22 C
Baku
22 Aprel 2025, 19:17
Baş xəbərDünya

İsrail məktəbi və uşaq evini vurdu

Qəzza şəhərində məcburi köçkünlərin İsrail döyüş təyyarələri tərəfindən sığındığı məktəb və uşaq evinin bombalanması nəticəsində 10 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb. Fələstinin rəsmi agentliyi WAFA-nın yerli mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, İsrail döyüş təyyarələri Qəzzanın Tuffah bölgəsinin Zerka bölgəsində köçkünlərin sığındığı Muskat məktəbini bombalayıb.

Hücumda 5 fələstinli həyatını itirərkən, 3-ü uşaq olmaqla 17 nəfər yaralanıb.

İsrail döyüş təyyarələri Qəzza şəhərinin qərbində köçkünlərin sığındığı Amal Yetimlər İnstitutunu da bombalayıb.

Qəzza Mülki Müdafiə Müdirliyindən edilən yazılı açıqlamada İsrail döyüş təyyarələrinin Amal Yetimlər İnstitutunu bombalaması nəticəsində 5 fələstinlinin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Şimali Koreya müharibəyə hazırlaşır… Gənclər orduya axışıb…

Aynur Camal

BelTA haker hücumuna məruz qaldı

Aynur Camal

Atelyedə yanğın oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu