17 C
Baku
10 İyun 2025, 5:56
Dünya

İsrail nazirindən Netanyahuya Qəzza təhdidi

İsrailin milli missiyalar naziri Orit Strok baş nazir Netanyahunu qorxudub. Strok İsrail ordusunun Qəzza zolağının Misirlə sərhədindəki “Filadelfi dəhlizi”ndən və Qəzzanı ortadan ayıran “Netzarim xətti”ndən çəkiləcəyi təqdirdə hökuməti devirməklə hədələyib.

Qəzzada fələstinliləri vəhşicəsinə qətlə yetirən İsrailin qanı doymur. İsrailin ifrat sağçı Milli Missiyalar naziri Orit Strok bildirib ki, ordu Filadelfi dəhlizindən və “Netzarim xəttindən” çəkilərsə, hökuməti devirəcəklər.

Kanal12-nin məlumatına görə, Strok İsraildən Qəzzaya açılan Kerem Əbu Səlim (Şalom) Qapısında etdiyi çıxışda, “Biz indi Kerem Şalom Sərhəd Qapısındayıq, buradan 50 metr uzaqlıqda Rəfah Sərhəd Qapısı var. Əgər ordu, Philadelphi Corridor və ya “Onlar Netzarimdən geri çəkilsələr, hökuməti devirəcəyik və Netanyahu bunu çox yaxşı bilir” deyib.

Netanyahu əvvəlki açıqlamalarında Misirdən Qəzzaya silah qaçaqmalçılığı edildiyini iddia edərək, İsrail ordusunun “Filadelfiya dəhlizi”ndə qalacağını bəyan edib.

Məlumdur ki, Misir İsrailin sözügedən sərhəd xəttini saxlamasına qarşıdır. HƏMAS atəşkəs və əsir mübadiləsi ilə bağlı Tel-Əvivlə apardığı danışıqlarda İsrail ordusunun, xüsusilə Filadelfi dəhlizinin Qəzzadan çıxarılmasını tələb edir.

İsrail ordusu Qəzzanın cənubundakı Rəfaha qurudan hücuma başladıqdan sonra mayın 29-da Qəzza-Misir sərhəd xətti olan Filadelfi dəhlizini ələ keçirdiyini və Misirin Sinay səhrasına açılan 20 tunel tapdığını açıqlayıb.

Digər tərəfdən, “Qahirə xəbər kanalı”na danışan yüksək səviyyəli bir misirli, Qəzzadan Misirə açılan tunellərin olduğunu təkzib edərək, “Təl-Əviv Qəzzadakı uğursuzluqlarını ört-basdır etmək üçün belə yalanlara əl atdı” cavabını verib.

“Haaretz” qəzeti peyk görüntüləri ilə İsrail ordusunun Qəzza zolağını ikiyə bölən Netzarim dəhlizinə yerləşdirildiyini və bu xətt boyunca mülki yaşayış məntəqələrinin partlayıcılarla məhv edildiyini açıqlamışdı.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Donetskdə irəliləyir

Aynur Camal

Almaniya Polşa, Çexiya və İsveçrə ilə sərhəd nəzarətini yenidən uzadacaq

İntizar Əmirova

Kolumbiyadan Qəzzaya zəng

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu