27 C
Baku
28 İyun 2025, 13:01
Baş xəbərDünya

İsrail Nazirlər Kabineti atəşkəs razılaşmasını təsdiqlədi

İsrail təhlükəsizlik kabineti Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi sazişini təsdiqləyib.

İsrail Baş Nazirlik ofisindən verilən açıqlamada, razılaşmanın siyasi, təhlükəsizlik baxımından nəzərdən keçirildiyi zaman müharibənin məqsədlərini dəstəklədiyi ortaya çıxdıqdan sonra təhlükəsizlik kabineti tərəfindən təsdiqləndiyi və hökumətin təsdiqinə təqdim edildiyi ifadə edilib.

Hökumətin atəşkəs və HƏMAS ilə razılaşdırılmış qarşılıqlı atəşkəsi müzakirə etmək üçün bu gün də görüşəcəyi gözlənilir.

Netanyahudan açıqlama: “ABŞ-dan təminat aldıq”

Digər tərəfdən, İsrailin baş naziri Benyamin Netanyahu təhlükəsizlik kabinetinin iclasında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və ABŞ prezidenti Co Baydendən təminat aldığını bildirib.

“Yediot Ahronot” qəzetinin yazdığına görə, təhlükəsizlik kabinetinə müraciət edən Netanyahu atəşkəs razılaşmasının ikinci mərhələsinə dair danışıqların nəticəsiz qalacağı təqdirdə Qəzzaya hücumların davam edəcəyinə dair ABŞ-dan zəmanət aldığını vurğulayıb.

“Biz hər iki prezidentdən – həm Baydendən, həm də Trampdan möhkəm təminat almışıq ki, sazişin ikinci mərhələsi üzrə danışıqlar uğursuz olarsa və HƏMAS bizim təhlükəsizlik tələblərimizi qəbul etməzsə, biz ABŞ-ın dəstəyi ilə intensiv toqquşmalara qayıdacayıq” deyə Netanyahu bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ əsgərləri Yəməndə husilərin raketlərini və pilotsuz təyyarələrini vurdu

Aynur Camal

Qatil İsrail hücumlarını dayandırmır: yenidən 2-si uşaq olmaqla 6 fələstinli öldü

Aynur Camal

Tailandda avtobusun ağaca çırpılması nəticəsində 14 nəfər ölüb, 30-dan çox insan yaralandı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu