“Dünən MAQATE-nin İranın nüvə proqramı əleyhinə qətnamə qəbul etməsi və D.Trampın ABŞ-ın Yaxın Şərqdəki diplomatlarını bölgəni tərk etməyə çağırması təhlükəli əlamətlər idi…
Bu gecə isə İsrail 200 təyyatə ilə İran ərazisindəki nüvə obyektlərini və hərbi məntəqələri bombalayıb. Hücumları nəticəsində SEPAH-ın baş komandanı Hüseyn Səlami və bir neçə general həlak olub”.
Bugun.tv xəbər verir ki, bu barədə politoloq Qulu Məhərrəmli öz Facebook hesabında paylaşım edib.
O həmçinin qeyd edib ki, İsrail nöqtə atışlarları ilə İranın Natanz hərbi bazasını, İran ordusunun yüksək rütbəli zabitlərini, İran Atom enerjisi komitəsinin sədri olmuş Abass Freydi, bir çox nüvə alimlərinin evini vurub, Bu adamların həlak olduğu bildirilir.
İsrail hücumu İranın nüvə silahı təhlükəsi üçün “preventiv zərbə” adlandırıb. İran lideri Xamneyi cavb zərbəsinin amansız olacağını deyib. İsrailin Baş nazir Netanyahu isə Tehranı ağıllı davranmağa çağırıb.