22 C
Baku
25 Aprel 2025, 15:28
Baş xəbərDünya

İsrail nümayəndə heyətinin ölkəyə girişi qadağan edildi

Solçu Fransa parlamentariləri və seçilmiş rəsmilərdən ibarət nümayəndə heyəti İsrailə səfər etməzdən əvvəl İsrail hökumətinin onların vizalarını ləğv etdiyini və ölkəyə girişinə mane olduğunu bildirib.

Fransa prezidenti Emmanuel Makronun yaxın aylarda Fələstin dövlətini tanıya biləcəkləri ilə bağlı açıqlamasının təsirləri davam edir.

Bu bəyanat iki dövlətli həll yolu ilə razılaşmayan və Fələstin torpaqlarını işğal etməyə davam edən İsraili narahat edib.

İsrail bəyanata qarşı mövqe sərgiləyərək Fransa nümayəndə heyətinin ölkəyə daxil olmasına mane olub.

VİZALAR LƏĞV EDİLDİ

Milli mətbuatda çıxan xəbərlərə görə, 20-24 aprel tarixlərində Fələstin ərazilərinə və İsrailə səfər etməyi planlaşdıran Fransa nümayəndə heyətinin tərkibindəki 27 nəfərdən 17-si birgə bəyanatla vizalarının İsrail tərəfindən ləğv edildiyini açıqlayıb.

“İki gün əvvəl (səfərimizdən) İsrail hakimiyyəti bir ay əvvəl təsdiqlədikləri vizalarımızı ləğv etdi.” Nümayəndə heyətinin üzvləri bəyan ediblər ki, İsrailin bu münasibəti Fələstinə verdiyi dəstəyə görə “kollektiv cəzadır”.

MAKRONA ZƏNG EDİN

Solçu parlamentarilər və yerli seçilmiş məmurlardan ibarət nümayəndə heyətinin üzvləri Fransa prezidenti Emmanuel Makrondan İsrailin onlara ən qısa zamanda viza verməsini təmin etmək üçün hərəkətə keçməsini istəyib.

Nümayəndə heyəti üzvləri, həmçinin Fransanın illərdir çağırış etdikləri Fələstin dövlətinin tanınması üçün addımlar atacağına dair açıqlamasını alqışladıqlarını bir daha vurğulayıb.

İsrail hakimiyyəti bundan əvvəl Fransanın Avropa Parlamentinin (AP) nümayəndələrinin və bəzi avropalı siyasətçilərin ölkəyə girişinə icazə verməmişdi.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

“Ermənistan və havadarları öz niyyətlərinə nail ola bilmədilər”

Aynur Camal

İsveçdə son 25 ilin ən soyuq gecəsi qeydə alındı

Aynur Camal

V.Bayramov: “Məktəblilər Avropada iqtisadiyyat üzrə yarışmaya qatılacaq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu