25 C
Baku
3 Sentyabr 2025, 9:03
Dünya

İsrail Nusayrat Qaçqın Düşərgəsinə hücum etdi: Ən azı 20 nəfər öldü

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində yaşayış məntəqəsini hədəf alması nəticəsində ən azı 20 fələstinli həyatını itirib, onlarla fələstinli yaralanıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Nusayrat Qaçqınlar Düşərgəsindəki yaşayış məntəqəsinə güclü hava hücumu həyata keçirib.

Hücum nəticəsində əksəriyyəti uşaq və qadın olmaqla azı 20 nəfər ölüb, onlarla insan yaralanıb.

Səhiyyə mənbələri hücumdan sonra ilk saatlarda təcili yardım və mülki müdafiə qruplarının 20 nəfərin cəsədlərinə çatdığını, dağıntılar altında qalanların çıxarılması üçün işlərin davam etdiyini bildirib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi dünən verdiyi açıqlamada, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 103-ü uşaq və 9 min 849-u qadın olmaqla 35 min 386 fələstinlinin həyatını itirdiyini, 1366 fələstinlinin yaralandığını açıqlamışdı.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ceyhun Məmmədov: “İsveçdə Qurani-Kərimin yandırılması Qərb demokratiyasının nə qədər cılız olduğunu növbəti dəfə göstərdi”

Nigar Məmmədova

79 yaşlı aktrisa tərzi ilə yenə təəccübləndirdi-FOTO

Nigar Məmmədova

Arı populyasiyası təhlükə altındadır: Alimlər xəbərdarlıq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu