Dünya

İsrail ordusu Beyrutu vurdu

Livanın paytaxtı Beyrutun cənubunda şiddətli partlayış baş verib. Bölgədə böyük panika yaşanıb. Hücuma görə məsuliyyəti İsrail ordusu öz üzərinə götürüb. Hücum Dahiyənin hərəkətli küçələrində bir çox binaya qarşı həyata keçirilib.

Hücum nəticəsində meydana gələn partlayış səbəbiylə tüstü qalxıb.

Hadisə yerində böyük panika yaşanıb.

Bu arada Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərə görə, İsrailin paytaxt Beyrutun cənub bölgəsinə etdiyi hücumda Hizbullahın Şura Şurasının yerləşdiyi Huhreyk bölgəsi hədəf alınıb.

Xəbərdə 1 nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu bildirilsə də, ölənin kimliyi ilə bağlı təfərrüat verilməyib.

Sözügedən hücumun pilotsuz uçuş aparatlarından (PUA) atılan 3 raketlə həyata keçirildiyi vurğulanan xəbərdə Beyrutda er-Rabih adlı bir binanın vurulduğu, iki mərtəbənin dağıdıldığı vurğulanıb.

İsrail ordusundan açıqlama

Digər tərəfdən, İsrail ordusu bəyanatında Beyrutdakı hücumun arxasında olduğunu təsdiqləyib.

Ordudan verilən açıqlamaya görə, 12 nəfərin həyatını itirdiyi Məcdel Şəms və çox sayda israillinin ölümündən məsul olduğu iddia edilən bir Hizbullah komandiri hədəfə alınıb.

Hədəf alınan Hizbullah komandirinin adı və hücumun necə həyata keçirildiyi barədə təfərrüatlar verilməyib.

 Rusiya: Hücum beynəlxalq hüququ pozur

TASS xəbər agentliyi sözügedən hücumla bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını paylaşıb.

Bəyanatda hücumun “beynəlxalq hüququn açıq şəkildə pozulması” olduğu vurğulanıb.

Mənbə: TrtHaber

Kəmalə Sultan

Oxşar xəbərlər

“Bu, NATO-ya üzvlük demək deyil”

Aynur Camal

Meksikada qırğına bənzər qəza: Magistral yol döyüş meydanına çevrilir

Aynur Camal

İran hökuməti Azərbaycanşünaslıq Mərkəzini bağlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu