28 C
Baku
26 İyul 2025, 11:31
Baş xəbərDünya

İsrail ordusu görüntüləri paylaşıb: HƏMAS lideri Yəhya Sinvarın son anları üzə çıxıb

İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın ölümündən əvvəl son anlarını paylaşıb. Dron kamerası ilə çəkilən videoda Sinvarın yaralandığı və əlindəki əşyanı ona yaxınlaşan pilotsuz təyyarəyə atdığı görülüb. Qəzzanı terrora məruz qoyan İsrail son vaxtlar həyata keçirdiyi yüksək səviyyəli sui-qəsdlərə yenisini əlavə edib. İsrail ordusu Qəzza zolağının cənubunda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarı öldürüb. İsrail və ABŞ Yəhya Sinvarın ölümünü təsdiqləsə də, HƏMAS-dan dəqiq bir açıqlama verilməyib.

İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın ölümündən əvvəl son anlarını əks etdirən dron görüntülərini paylaşıb. Kadrlarda Sinvarın yaralı halda stulda oturduğu və əlindəki əşyanı ona yaxınlaşan pilotsuz təyyarəyə atdığı görülüb.

Digər tərəfdən İsrail mediası HƏMAS lideri Yəhya Sinvarın ölümünü əks etdirən fotolar dərc edib. Sözügedən görüntülərdə sui-qəsddən sonra Yəhya Sinvarda görülənlər üzə çıxıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Meksikada dəhşətli avtobus qəzası! Çoxlu ölü və yaralı var

Aynur Camal

Son 40 ilin ən güclü zəlzələləri panikaya səbəb olub

Aynur Camal

Rusiya və Türkiyə rusiyalı turistlər üçün ödəniş sistemini inkişaf etdirir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu