28 C
Baku
10 Sentyabr 2025, 19:24
Baş xəbərDünya

İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirdi

İsrail ordusu “Hizbullah” hərəkatının Livanda yerləşən bir sıra obyektlərini atəşə tutub.

Bugun.tv xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“SAXAL gecə saatlarında “Hizbullah” hərəkatının Livandakı mövqelərinə zərbələr endirib. İsrail Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hərəkatın Mərvahina rayonundakı hərbi kompleksini və Ayta-əş-Şəb rayonundakı raket qurğusunu, həmçinin digər infrastruktur obyektlərini bombardman edib”, – deyə məlumatda bildirilir.

Eyni zamanda, son 24 saat ərzində İsrail ordusuna məxsus zərbə PUA-ları yəhudi dövlətinin nəzarətində olan ərazilərə atəş açmaq üçün istifadə edilən artilleriya qurğusuna, helikopterlər isə tank əleyhinə raket mövqelərinə zərbə endirib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Avropa İttifaqı üçün tale həftəsi

Şükufə Ramizqızı

Gün ərzində davam edən faktiki hava

Aynur Camal

Yanvarın 26-da gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu