19 C
Baku
8 Sentyabr 2024, 3:45
Baş xəbərSiyasət

İsrail ordusu Livana artilleriya zərbəsi endirib

Bugun.tv xəbər verir ki, İsrail ordusu əsgərlərinin Livan sərhədində atəş açıldığını və buna cavab olaraq hücumun baş verdiyi ərazini artilleriyadan atəşə tutduğunu bildirib.

İsrail ordusu Livana artilleriya zərbəsi endirib. Ordunun “TRT Haber”ə verdiyi açıqlamasına görə, Livan sərhədində İsrail əsgərləri atəşə tutulub.

Hücumda hərbçilərin öldüyü və yaralanan olmadığı bildirilərkən, atəş açan mənbənin artilleriya atəşi ilə vurulduğu bildirilib. Digər tərəfdən blokadada olan Qəzza zolağına qarşı hücumlarını davam etdirən İsrail ordusu Livan sərhədində toplanmağa davam edir.

AA-nın bölgədəki müxbirinin verdiyi məlumata görə, İsrail ordusu Livan sərhədinə çoxlu sayda tank və haubitsa göndərib. Sərhədə yaxın ərazilərdə də nəzarət-buraxılış məntəqələri quran İsrail qüvvələri jurnalistlərin video və foto çəkməsinə icazə vermir.

İsrail ordusu Livan sərhədindən iki kilometr uzaqlıqda yerləşən 28 qəsəbədə yaşayan mülki əhalinin dövlət tərəfindən maliyyələşdirilən turizm müəssisələrinə təxliyyə ediləcəyini açıqlamışdı.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng edib

Aynur Camal

Dilan Polat “intihar edəcəm, Engin”! Həbsxana rəhbərliyi Dilan Polat üçün nə etdi…

Aynur Camal

Aİ Rusiyaya qarşı yeni sanksiyalar dalğası tətbiq edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu