28 C
Baku
14 İyun 2025, 17:40
Baş xəbərDünya

İsrail ordusu Livanda “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirdi

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinin şimal rayonlarını atəşə tutduqdan sonra Livanın şiə təşkilatı “Hizbullah”ın Livandakı hərbi obyektlərinə zərbələr endirib.

Bugun.tv xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“IDF döyüşçüləri Livanın Vadi Hamul bölgəsində “Hizbullah” terror təşkilatının hədəflərinə zərbələr endirib. Hücum edilən hədəflər arasında reaktiv yaylım atəşi sistemləri, hərbi düşərgə və digər infrastruktur var”, – deyə məlumatda bildirilir. “Bundan əlavə, IDF tank əleyhinə raketlərin buraxılmasına cavabdeh olan “Hizbullah” terror qruplaşmasına, eləcə də İsrailin şimalındakı Baram ərazisini atəşə tutmaq üçün istifadə edilən reaktiv yaylım atəşi qrupuna zərbə endirib”, – mətbuat xidməti əlavə edib.

Hərbçilər qeyd ediblər ki, “son bir saat ərzində Livandan İsrailə doğru bir neçə mərmi buraxılışı qeydə alınıb”. Buna cavab olaraq, IDF artilleriyası atəş açılan yerlərə zərbələr endirib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Tanınmış teleaparıcı vəfat etdi 

Kəmalə Sultan

Azərbaycanlı qızlar dünyanın ən yaxşı universitetinə qəbul olunub

Aynur Camal

Qarda qalanların köməyinə Qızıl Aypara qrupları gəldi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu