13 C
Baku
2 Dekabr 2025, 18:15
Dünya

İsrail ordusu Livanın cənubuna hücum edəcəyini açıqladı

İsrail ordusu Livanın cənubuna hücum edəcəyini açıqlayaraq, “Tezliklə zərbə endirəcəyik” deyib.

İsrail ordusunun açıqlamasında “təcili” təxliyə xəbərdarlığı ilə işarələnmiş iki bina göstərilib.

İsrail Müdafiə Qüvvələrinin (İQQ) sözçüsü Aviçay Adraee tərəfindən verilən təxliyə xəbərdarlığında xüsusilə Livanın cənubundakı Deyr Kifa və Şahur kəndlərinin sakinlərinə ünvanlanıb.

Adraee bölgədəki Hizbullahın hərbi obyektlərinə hücum edəcəklərini bildirərək, “Öz təhlükəsizliyiniz və ailələrinizin təhlükəsizliyi üçün xəritələrdə göstərilən təyin olunmuş ərazilərdəki binaları dərhal təxliyə etməli və onlardan uzaqlaşmalısınız. İşarələnmiş ərazilərdə qalmaq sizi təhlükəyə atır” deyib.

İsrail 2023-cü ilin oktyabr ayında Livana hücum etdi və 2024-cü ilin sentyabrında tammiqyaslı müharibəyə çevrilib. Döyüşlərdə 4000-dən çox insan həlak oldu və təxminən 17000 nəfər yaralandı.

Livan və İsrail arasında 2024-cü ilin noyabr ayında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrailin atəşkəsi 4500 dəfədən çox pozduğu və yüzlərlə mülki şəxsin ölümünə və yaralanmasına səbəb olduğu bildirilir.

Xatırladaq ki, İsrail Livanda ələ keçirdiyi beş təpənin işğalını davam etdirir və onilliklərdir saxladığı bəzi ərazilərdə mövcudluğunu qoruyur.

Mənbə: Hurriyet.com

Aynur Camal

Oxşar xəbərlər

Ən çirkin qırğın! Çadırlar bombalandı, hamısı qumun altında qaldı

Aynur Camal

Rusiya idmançısından dünya rekordu: 650 tonluq qatarı çəkdi

Kəmalə Sultan

Ukraynaya 400 milyon dollar yardım ediləcəyi təsdiqləndi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu