Dünya

İsrail ordusu Qəzzanın cənubundakı bəzi məhəllələri boşaltdı

İsrail ordusunun 1 milyondan çox fələstinlinin sığındığı Rəfah şəhərinin bəzi məhəllələrini boşaltmağa başladığı bildirilib.

İsrail Dövlət Televiziyası KAN-ın xəbərində İsrail ordusunun Rəfahın şərqində İsrail sərhədinə yaxın bir çox məhəlləni boşaltmağa başladığı bildirilib.

“Times of Israel” qəzeti İsrail ordusunun Rəfah sərhədinin şərqindəki məhəllələrdə yaşayan fələstinliləri əl-Məvasi və Xan Yunisdəki “humanitar bölgələrə getməyə” çağırdığını bildirib.

İsrailin 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumları səbəbindən təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında 1,9 milyon insan didərgin düşüb. Bu fələstinlilərin əksəriyyəti İsrailin daha əvvəl “təhlükəsiz zona” elan etdiyi Rəfah şəhərinə sığınıb. Qəzza zolağının ən cənub hissəsində, Misirlə sərhəddə yerləşən Rəfahın əhalisi İsrailin hücumlarından əvvəl 280 min idisə, hazırda 5 dəfədən çox artaraq, demək olar ki, 1,5 milyona çatıb.

İsrailin hücumlarından qaçaraq, kifayət qədər yaşayış yerinin olmadığı və infrastrukturun qeyri-kafi olduğu Rəfahda sığınan fələstinlilərin əksəriyyəti müvəqqəti çadırlardan ibarət düşərgələrdə həyatda qalmaq üçün mübarizə aparır. İsrail ordusu tez-tez hava zərbələri endirdiyi Rəfaha qurudan hücuma keçərsə, Qəzza zolağında mülki əhalinin sığınacaq tapmayacağı ilə bağlı narahatlıqlar olsa da, İsrail hakimiyyəti beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, Rəfahı işğal etməklə hədələməyə davam edib.

Müdafiə naziri Yoav Gallant dünən HƏMAS hərəkatının Təl-Əviv hökuməti ilə əsir mübadiləsi razılaşması əldə etmək istəmədiyinə dair əlamətlər olduğunu iddia edərək, “Qəzza zolağının cənubundakı Rəfah şəhərini çox yaxında işğal edəcəklərini” bəyan edib.

İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 944-ü uşaq, 9 min 849-u qadın olmaqla 34 min 683 fələstinli həlak olub, 78 min 18 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İnsanın ana dili onun genlərində necə əks olunur: elm adamlarının kəşfi

Aynur Camal

BMT Ukraynaya 3,32 milyard dollar yardım çağırır

Aynur Camal

Ukrayna: “Rusiya bir gündə 50 hava, 11 raket hücumu təşkil edib”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu