19 C
Baku
8 Sentyabr 2024, 3:29
Baş xəbərDünya

İsrail ordusu Qəzzaya qaubitsalarla intensiv zərbələr endirir

Bugun.tv xəbər verir ki, Oktyabrın 7-dən blokadada olan Qəzza zolağına hava hücumlarını davam etdirən İsrail ordusu sərhədə yerləşdirilmiş qaubitsalarla da bölgəni intensiv şəkildə bombalayır. İsrail ordusu Qəzzaya qaubitsalarla intensiv zərbələr endirir. İsrail ordusunun Qəzzaya oktyabrın 7-də başlayan hava hücumları 5-ci gündə də davam edir.

TRT Haber-in məlumatına görə, Dənizdən də Qəzzaya zərbələr endirən İsrail ordusu bölgəyə haubitsalarla hücumlarını davam etdirir. İsrail ordusu sərhəd bölgəsinə yerləşdirdiyi çoxlu haubitsalarla Qəzzaya hücumlarını gücləndirib. Haubitsalardan intensiv hücumlar edilərkən, Qəzzada bir çox bölgədən tüstü qalxır. İsrail ordusunun bölgədə toplanması da artır. İsrailin Qəzzaya hücumları beşinci gündür ki, davam edir. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Qəzzadan həyata keçirilən hücumlarda 1200 israillinin həyatını itirdiyi bildirilib. Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində Qəzzada 1055 nəfərin öldüyünü, 5 min 184 nəfərin isə yaralandığını açıqlayıb. İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərlərinin hücumları nəticəsində 21 nəfərin həyatını itirdiyi, təxminən 130 nəfərin isə yaralandığı bildirilib.

Müxbir: Əmirova İntizar

Bugün TV

Oxşar xəbərlər

İspaniya alovlara təslim oldu: Yüzlərlə insan təxliyə edildi

Bugün TV

Bəşəri hisslərlə çulğalanmış MİLLİ SİYASƏT ADAMI – HEYDƏR ƏLİYEV – 100

Aynur Camal

Qadın televiziya aparıcıları üzlərini örtməlidirlər.

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu