19 C
Baku
8 Sentyabr 2024, 3:23
Dünya

İsrail ordusu Rəfaha qurudan hücum etdi

İsrail Müdafiə Qüvvələri ordunun Rəfahın şərqində xüsusi bir bölgədə fəaliyyət göstərdiyini açıqlayıb. Bildirilib ki, İsrail ordusu Misir sərhədində yerləşən Rəfah sərhəd qapısının Qəzza tərəfini operativ nəzarətə götürüb. Kerem Şalom Sərhəd Qapısının təhlükəsizlik səbəbi ilə bağlandığı və təhlükəsizlik şəraiti imkan verdikdə yenidən açılacağı bildirilib. Ordunun Rəfaha qurudan girməsi və sərhəd qapısının ələ keçirilməsi HƏMAS-ın Qətər və Misir tərəfindən irəli sürülən “atəşkəs təkliflərini” təsdiqlədiyini elan etdikdən sonra baş verib. İsrail ordusu gecə saatlarından etibarən Rəfah şəhərində 50-dən çox yerə hava zərbələri endirib.

İsrail qüvvələri Misir sərhədindəki Rəfah keçidinin Qəzza tərəfinə əməliyyat nəzarəti ələ keçirdiklərini və xüsusi təyinatlıların ərazini daradığını bildirib. Belə olan halda cüzi miqdarda humanitar yardımın da keçdiyi sərhəd qapısına nəzarət tamamilə İsrail tərəfinə keçib.

Misir və Qəzza arasındakı Rəfah Sərhəd Qapısının media direktoru Vail Əbu Muhsin bildirib ki, İsrail hərbi maşınlarının bölgəyə gəlməsi ilə eyni vaxtda Rəfah Sərhəd Qapısında ekspedisiya hərəkətliliyi və humanitar yardım keçidləri tamamilə dayandırılıb.

Rəfah və bəzi beynəlxalq təşkilatlara sığınan fələstinlilərin əksəriyyətinin hərbi əməliyyat bölgələrindən təxliyə edildiyi açıqlanıb.

Bu səhər keçirilən mətbuat konfransında İsrail, Kerem Şalom Sərhəd Qapısından keçən keçidlərin “təhlükəsizlik” səbəbi ilə bağlandığını və təhlükəsizlik şəraiti imkan verdikdə yenidən açılacağını bildirib.

Qəzzada atəşkəs dalana dirənib

HƏMAS ötən gecə vasitəçilərin təqdim etdiyi atəşkəs təklifinin qəbul edildiyini açıqlayıb. Həmas lideri Haniyə Qətər və Misirə Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini qəbul etdiyini çatdırıb.

Bu bəyanatdan sonra İsrail ordusu radiosu Rəfaha qurudan hücuma hazırlıqların “planlaşdırıldığı kimi davam etdiyini” açıqlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu, “Müharibə kabineti İsrailin Rəfahdakı əməliyyatını davam etdirəcəyinə qərar verdi. HƏMAS-ın qəbul etdiyi təklif İsrailin tələblərini qarşılamaqdan uzaq olsa da, İsrail danışıqlar üçün bir heyət göndərəcək” deyib.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: ABŞ-ın Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək

Aynur Camal

Marsda daş “popkorn” tapılıb

Sevinc Sadıqova

Kambocada oteldə yanğın: on nəfər ölüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu