20 C
Baku
1 İyun 2025, 22:35
Dünya

İsrail Ordusu son 24 saatda Qəzzaya 100-dən çox hava hücumu həyata keçirdi

Qəzza zolağının işğalını daimi etmək üçün quru hücumunu genişləndirən İsrail ordusu son 24 saat ərzində bölgədə 100-dən çox hava bombardmanı həyata keçirib.

İsrail ordusu əhalini ac qoyduğu və sakinlərini məcburi köçkün etdiyi Qəzza zolağına hücumlarını gücləndirir.

Quru hücumları ilə bölgə xalqını növbəti dəfə köç etməyə məcbur edən İsrail ordusu hava hücumlarını davam etdirir.

İsrail ordusundan verilən yazılı açıqlamada, son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 100-dən çox nöqtəyə hava hücumu təşkil edildiyi bildirilib.

Açıqlamada hədəf alınan yerlərin fələstinli qruplara aid olduğu iddia edilib.

Digər tərəfdən, Qəzzadakı mənbələrə görə, İsrail ordusunun hava hücumlarında məcburi köçkün fələstinlilər, onların sığındıqları məktəblər, çadırlar və mülki evlər hədəfə alınıb.

Hədəf edilən ərazilər arasında köçkün fələstinlilərin sığındığı Qəzza şəhərinin mərkəzindəki Derej məhəlləsindəki Musa bin Nasir məktəbi də var.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun Qəzzada xəstəxanalara son 24 saatda həyata keçirdiyi hücumlarda 87 nəfərin öldüyü, 300 nəfərin yaralandığı qeyd edilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Qara dənizdə 19 delfin ölü tapıldı

Aynur Camal

Diyarbəkirdə zirehli hərbi maşın aşıb: yaralananlar var

Aynur Camal

Kolumbiyada korrida qadağan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu