24 C
Baku
29 İyun 2025, 1:29
Baş xəbərDünya

İsrail ordusu: Yaxın Şərqin hər yerində əməliyyat edəcəyik

Bugun.tv xəbər verir ki, İsrail Ordusunun sözçüsü Daniel Hagari, ordunun ölkəsinin təhlükəsizlik məqsədlərinə çatmaq üçün “Yaxın Şərqdə olduğu hər yerdə fəaliyyət göstərəcəyini” söylədi. “Times of Israel” qəzetinin verdiyi məlumata görə, ordu sözçüsü Daniel Hagari İsrail qüvvələrinin “çox hazırlıqlı” olduğunu bildirib.

TRT Haber-in məlumatına görə, Sözçü Həcəri, “Biz həmişə ətrafımıza, bütün Yaxın Şərqə baxırıq. Ordu İsrailin təhlükəsizlik məqsədlərinə çatmaq üçün Yaxın Şərqin hər yerində fəaliyyət göstərəcək. Biz bütün sahələrdə kifayət qədər hazırıq” dedi. İsrailin Qəzza zolağına hücumları davam edərkən, Livan sərhədində də zaman-zaman toqquşmalar baş verir. Livandan İsrailin şimalına tank əleyhinə raket atıldığı üçün bir israilli həyatını itirib və İsrail ordusu Livanda raketlərin atıldığı əraziləri bombalayıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İran və Böyük Britaniya arasında gərginlik artır

Aynur Camal

DİN hesabat yayıb

Aynur Camal

Qızıl qərarı: Nə qədər pul olsa da, daha çox qızıl alacağıq

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu