30 C
Baku
27 İyul 2025, 18:51
Dünya

İsrail ordusundan etiraf: HƏMAS bir ideyadır, onu məhv etmək olmaz

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, HƏMAS-ın tamamilə məhv ediləcəyini vəd edənlər İsrail xalqını çaşdırırlar. “HƏMAS bir fikirdir, onun məhv edilə biləcəyini düşünənlər yanılırlar”, – Həcəri bildirib.

İsrail ordusunun sözçüsü Daniel Hagari, HƏMAS-ın bir fikir və siyasi partiya olduğunu ifadə edərək, “HƏMAS insanların qəlbində kök salıb. Həmas-ı yox edə biləcəyimizi düşünənlər yanılır” deyib.

Həcəri, İsrailin Qəzzada böyük humanitar fəlakətə səbəb olan hücumları ilə bağlı Kanal 13 televiziyasına açıqlama verib.

İsrailin Baş naziri Binyamin Netanyahunun irəli sürdüyü “Həması aradan qaldırmaq məqsədi” haqqında danışan Həcəri, “Həması məhv etmək fikri xalqın gözünə qum atmaqdır” deyib.

“HƏMAS-ın yerinə başqa bir şey inkişaf etdirilməsi lazım olduğunu” təklif edən Həcəri Qəzzada bütün əsirlərin hərbi hücumlarla geri qaytarılmasının “mümkün olmadığını” bildirib.

Netanyahu Həcərinin açıqlamalarına da reaksiya verib və təhlükəsizlik kabinetinin Qəzzədəki hücumlarla bağlı məqsədinin “Həması hərbi və inzibati cəhətdən məhv etmək olduğunu və İsrail ordusunun bunu etməyə borclu olduğunu” müdafiə edib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Qaçaqmalçılıq yolu ilə 300 kilo qızıl oğurlandı

Aynur Camal

Dünyada bir ilk olaraq tarix yazdı! Məhkəmələrdə yeni dövr

Aynur Camal

“Qazandığımız demokratiyanı heç kim əlimizdən ala bilməz”

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu