11 C
Baku
2 Yanvar 2025, 20:05
Baş xəbərDünya

İsrail, poliomielit peyvəndinin planlaşdırıldığı Qəzzadakı BMT məktəbini vurdu

Birləşmiş Millətlər Təşkilatı (BMT) soyqırımçı İsrailin dünən hava hücumu ilə Qəzza zolağında poliomielit peyvəndinin aparılması planlaşdırılan məktəbi vurduğunu açıqlayıb.

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) İsrailin dünən Qəzzanın mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində didərgin düşmüş fələstinlilərin sığındığı məktəbə hücumu ilə bağlı yazılı açıqlama verib. 22 nəfər həyatını itirib.

Açıqlamada, Əqsa xəstəxanasının bağçasına və Nusayratdakı UNRWA məktəbinə edilən hücumlarda məcburi köçkün fələstinlilərin hədəf alındığı bildirilib.

Nusayratda vurulan məktəbin UNRWA-ya aid olduğu və poliomielit peyvəndi veriləcək məntəqələrdən biri olduğu vurğulanıb.

UNRWA-nın Əlaqələr Direktoru Juliette Touma, AA müxbirinə verdiyi açıqlamada, sözügedən məktəbdə bu gün keçirilməsi planlaşdırılan poliomielit peyvəndinin hücum səbəbiylə ləğv edildiyini söylədi.

İsrail ordusunun dünən Nusayratdakı UNRWA məktəbinə hücumu nəticəsində ən azı 22 fələstinli həyatını itirib, 80 fələstinli isə yaralanıb.

Qəzzada 500 mindən çox uşaq üçün poliomielit əleyhinə peyvəndin ikinci mərhələsinin bu gün başlayacağı açıqlanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Daşqınlar və torpaq sürüşmələri davam edir

İntizar Əmirova

Yəhudi köçkünlər müsəlmanlara basqın etdilər

Aynur Camal

Taksi bahalaşmasına səbəb nədir? – TANINMIŞ SOSİOLOQ ÇAĞIRIŞ ETDİ

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu