Bugun.tv xəbər verir ki, İşğal altında olan Şərqi Qüdsdə İsrailin qadağaları səbəbindən Məscidül-Əqsaya daxil ola bilməyən bəzi fələstinlilər cümə namazını küçələrdə qılıb. Vadi əl-Coz səmtində toplanan camaat İsrail polisinin müdaxiləsi ilə namaz qılmamış dağılmalı olub.
TRT Haber-in məlumatına görə, Namaz başlamazdan əvvəl İsrail polisi camaata gözyaşardıcı qazla müdaxilə edib, fələstinli gənclər isə atəşfəşanlıq edərək müqavimət göstərməyə çalışıb. Qısa münaqişədən sonra camaat ara küçələrə dağılaraq namaz qılmadan oranı tərk etməli olub. Ərazidə iyli kimyəvi su olan TOMA-nın və atlı polislərin də olduğu görüldü. Yalnız 5 min fələstinli Məscidül-Əqsada cümə namazını qıla bilib. İsrailin cümə namazı üçün yaş məhdudiyyəti tətbiq etdiyi işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsada cəmi 5 min fələstinli sıraya düzülüb. İsrail qüvvələri cümə namazından əvvəl fələstinlilərin şəxsiyyətini yoxlayıb və Hərəm-Şərifə girişə icazə verib. Xüsusilə də Əqsada cümə namazını qılmaq üçün Şərqi Qüdsün Köhnə Şəhərinə getmək istəyən yaşı 50-dən aşağı olan kişilər və 65 yaşdan aşağı qadınlara icazə verilməyib. Qüds İslam Vəqfləri İdarəsindən adının açıqlanmasını istəməyən bir səlahiyyətli AA müxbirinə “Məscidin həyəti demək olar ki, boş idi və yalnız 5 min adam namaz qıla bilərdi” dedi. İsrail rəhbərliyi ötən həftə olduğu kimi bu həftə də Məscidül-Əqsada cümə namazı qılmaq istəyənlərə yaş məhdudiyyəti qoymuşdu. İsrail polisi Əqsanın yerləşdiyi Şərqi Qüdsün Köhnə şəhərinin ətrafında və giriş qapılarında barrikadalar qurmuşdu. Normalda Məscidül-Əqsada orta hesabla 70 mindən 100 minə qədər insan cümə namazını qıla bilər.
Müxbir: İntizar Əmirova