İsrail Qəzza zolağına hücumları zamanı Müqəddəs Ailə Katolik Kilsəsini vurub. Qüds Latın Patriarxlığı bəyanat yayaraq, “İsrail ordusunun açıq-aşkar hücumu nəticəsində biri qadın olmaqla, ən azı üç nəfər həlak olub, üçü ağır olmaqla 10 nəfər yaralanıb. Onların sülh içində yatmaları və bu vəhşi müharibənin sona çatması üçün dua edirik. Heç bir şey günahsız dinclərin hədəfə alınmasına haqq qazandıra bilməz”.
Keçən aprel ayında vəfat edən Papa Fransiskə Qəzza zolağında baş verənlər barədə məlumat verən Argentinalı keşiş Qabriele Romanellinin kilsəyə edilən hücumda yüngül yaralandığı və xəstəxanaya aparıldığı bildirilir.
İsrail Xarici İşlər Nazirliyi bəyanat yayaraq kilsəyə edilən hücuma görə üzr istəyib. Nazirlik bildirib ki, “İsrail Qəzza zolağında Müqəddəs Ailə Kilsəsinə dəymiş zərər və nəticədə mülki insan itkisinə görə dərin kədərini ifadə edir. Vəziyyətin araşdırılması üçün lazımi araşdırmalar davam edir”.
İsrail Müdafiə Qüvvələri (IDF) bəyanat yayaraq, “İD, dinc əhaliyə və mülki strukturlara, o cümlədən ibadət yerlərinə dəyən zərərin azaldılması üçün hər cür səy göstərir və bu strukturlara dəyən hər hansı zərərə görə təəssüflənir” deyib.
HƏMAS-ın açıqlamasında, “Qəzza zolağında ibadət yerləri və günahsız köçkünlərə qarşı yeni cinayət törədilib. Bu hücum Fələstin xalqına qarşı hərtərəfli məhv müharibəsi kontekstində həyata keçirilib.”
İsrail Xarici İşlər Nazirliyi bəyanat yayaraq kilsəyə edilən hücuma görə üzr istəyib. Nazirlik bildirib ki, “İsrail Qəzza zolağında Müqəddəs Ailə Kilsəsinə dəymiş zərər və nəticədə mülki insan itkisinə görə dərin kədərini ifadə edir. Vəziyyətin araşdırılması üçün lazımi araşdırmalar davam edir”.
Fransanın xarici işlər naziri Jan Noel Barrot İsrailin hücumunu pisləyərək, “Qəzzada tarixən Fransanın himayəsində olan Müqəddəs Ailə Kilsəsinə edilən hücum qəbuledilməzdir” deyib.
İtaliyanın baş naziri Giorgia Meloni də hücumu pisləyərək, “İsrailin aylardır dinc insanlara qarşı hücumları qəbuledilməzdir. Heç bir hərbi əməliyyat bu cür davranışa haqq qazandıra bilməz” deyib.
“Həyat itkisi bizi çox kədərləndirdi”
Xristian Katolik Kilsəsinin və Katoliklərin ruhani lideri Papa XIV Leo dərhal atəşkəs çağırışını təkrarlayaraq, “Həyat itkisi bizi çox kədərləndirdi” deyib.
Mənbə: HurriYet