31 C
Baku
19 İyul 2025, 18:46
DünyaHadisə

İsrail Qəzzada katolik kilsəsinə hücuma görə üzr istədi

ABŞ prezidenti Donald Trampla görüşən İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında Müqəddəs Ailə Katolik Kilsəsinə endirilən hava hücumunun səhv olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp İsrailin hədəf aldığı Qəzza zolağında Müqəddəs Ailə Katolik Kilsəsinə edilən hücumla bağlı İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Ağ Evin mətbuat katibi Karoline Leavitt Netanyahunun hücumun səhv olduğunu etiraf etdiyini və bununla bağlı açıqlama veriləcəyini bildirib. Jurnalistlərin Trampın hücuma reaksiyası ilə bağlı sualına Leavitt “Prezident heç də məmnun olmadı” deyib.

Leavitt-in bəyanatından qısa müddət sonra İsrailin baş nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Baş Nazirlikdən verilən açıqlamada, “İsrail səhv istiqamətləndirilmiş sursatın Qəzzada Müqəddəs Ailə kilsəsinə düşməsinə görə dərin təəssüf hissi keçirir və qəzanın bir səhv olduğunu bildirir. Mülki vətəndaşları və ibadət yerlərini qorumaqda qərarlı olan İsrail, hadisə ilə bağlı araşdırmalarını davam etdirir”.

Hücumdan sonra Katolik Kilsəsinin ruhani lideri Papa XIV Leo-ya təsəlliverici ifadələrə görə təşəkkür edən bəyanatın İsrail baş naziri Binyamin Netanyahu adından paylaşılmaması diqqət çəkib.

İsrail ordusu: “Qəzaya tank mərmisinin qəlpələri səbəb olub”

İsrail Müdafiə Qüvvələri də “İlkin araşdırmalara görə, Müqəddəs Ailə kilsəsində qeydə alınan dağıntı və itkilərə Qəzza zolağında tanklarımızdan birinin atdığı mərmi qəlpələri səbəb olub. Hadisə ilə bağlı araşdırmalar davam edir. İsrail Müdafiə Qüvvələri qəsdən dəyən ziyana görə təəssüflənir” ifadələrini işlədib.

Netanyahu heç bir açıqlama verməyib.

Kilsə hücumundan sonra İsrail Xarici İşlər Nazirliyi bəyanat yayaraq kilsəyə dəyən ziyana görə üzr istəyib və “İsrail Qəzza zolağında Müqəddəs Ailə Kilsəsinə dəyən zərər və bunun nəticəsində mülki insan itkisinə görə dərin kədərini ifadə edir. Lakin Netanyahu hücumla bağlı açıqlama verməyib.

Ən azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb

Qüds Latın Patriarxlığı dünən bir bəyanat yayaraq, İsrailin Müqəddəs Ailə Katolik Kilsəsinə hücumu nəticəsində ən azı 3 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını, o cümlədən keçmiş ruhani lider Papa Fransiskə Qəzza zolağında baş verənlər barədə məlumat verən Argentinalı Ata Qabriele Romanellinin də olduğunu bildirib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Şoyqu Ukraynanın Krıma zərbə endirmək istədiyini açıqlayıb – İDDİA

Bugün TV

Zəncirvari qəza: 2 ölü, 20 yaralı

Aynur Camal

Rishi Sunakın Qəzza mövqeyi onun 115 yer itirməsinə səbəb oldu!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu