28 C
Baku
11 Sentyabr 2025, 13:08
Baş xəbərDünya

İsrail qüvvələri İordan çayının qərb sahilində daha 1 fələstinlini öldürdü

Bugun.tv xəbər verir ki, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilindəki Hebron şəhərində həyata keçirdiyi reyd və hücumlarda daha bir fələstinli həyatını itirib. Bu barədə Fələstin Səhiyyə Nazirliyindən yazılı açıqlama verilib.

TRT Haber-in məlumatına görə, Açıqlamaya görə, İsrail qüvvələrinin Hebron şəhərinin şimalında Arub Qaçqınlar Düşərgəsinin girişinə təşkil etdiyi hücumda 1 fələstinli şəhid olub və vurulan şəxs birbaşa hədəfə alınıb. İsrail bu gün İordan çayının qərb sahilində daha 5 fələstinlini öldürüb. İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 91-ə yüksəlib. Qəzzadakı qarşıdurmalarla eyni vaxtda İordan çayının qərb sahilində fələstinlilərlə İsrail əsgərləri arasında gərginlik artır. İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə basqın edərək fələstinliləri həbs edib. Bu basqınlar zamanı baş verən qarşıdurmalarda çoxlu fələstinli ölür və ya yaralanır.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

“Togg” Bakıda

Kəmalə Sultan

Yanğın zonasına yaxın yaşayanlara maska xəbərdarlığı gəldi

Aynur Camal

Bayden Ukraynaya yeni yardım paketini qeyri-kafi adlandırdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu