19 C
Baku
8 Sentyabr 2024, 3:18
Baş xəbərDünya

İsrail qüvvələri İordan çayının qərb sahilindəki Nur əl-Şəms qaçqın düşərgəsinə basqını davam etdirdi

Bugun.tv xəbər verir ki, İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimal-qərbində Tulkerm şəhəri yaxınlığındakı Nur əl-Şəms qaçqın düşərgəsinə basqını davam etdirir. Şahidlərdən alınan məlumata görə, İsrail qüvvələri səhər saat 03:00 radələrində hərbi maşın və buldozerlərlə Nur əl-Şəms qaçqın düşərgəsinə basqın edib.

TRT Haber-in məlumatına görə, İsrail qüvvələri düşərgədəki bəzi strukturları dağıdıb, küçələrə və infrastrukturlara ziyan vurub, düşərgənin girişini maneələrlə bağlayaraq komendant saatı tətbiq edib. İsrail əsgərləri çoxlu sayda fələstinlinin evinə basqın edərək ən azı 10 fələstinlini həbs edib. Düşərgənin buldozerlərlə dağıdılması səbəbindən elektrik enerjisi və internet kəsilib. Basqın zamanı İsrail əsgərləri ilə fələstinlilər arasında qarşıdurma yaranıb və düşərgənin bir çox məhəlləsindən silah səsləri eşidilib. Düşərgədə İsrail buldozerlərinin yaratdığı dağıntının videoları sosial şəbəkələrdə paylaşılıb. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Qəzzadan həyata keçirilən hücumlarda 306-sı əsgər olmaqla 1400 israillinin öldüyü, 3968 israillinin yaralandığı bildirilib. Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları zamanı Qəzzada 1524-ü uşaq olmaqla 3785 nəfərin öldüyünü, 12 mindən çox insanın isə yaralandığını açıqlayıb. İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 69 fələstinlinin həlak olduğu bildirilib. İsrailin hücumlarında 13 jurnalist həyatını itirib. Oktyabrın 8-də İsrail ordusu ilə Livan sərhədində Hizbullah arasında başlayan qarşıdurmada 12 Hizbullah, 2 İslami Cihad üzvü, 1 jurnalist və 2 mülki vətəndaş həyatını itirib. Livanın həyata keçirdiyi hücumlarda 2 İsrail əsgəri və 1 İsrail vətəndaşı həyatını itirib. Nəhayət, İsrailin oktyabrın 17-də Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına təşkil etdiyi hücumda 28-i ağır olmaqla 471 nəfər həyatını itirib, 342 nəfər yaralanıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Mikroavtobus yük maşınına çırpıldı: 3 nəfər öldü, 3 nəfər yaralandı

Bugün TV

Avtomobilin xəndəyə aşması nəticəsində 7 nəfər xəsarət aldı

Bugün TV

Bu bölgəni dolu vurdu – FOTO

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu