25 C
Baku
10 Sentyabr 2025, 21:31
Baş xəbərHadisə

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 2 fələstinlini öldürdü

https://bugun.tv/Bugun.tv xəbər verir ki, İsrail qüvvələrinin daha 2 fələstinlini öldürməsi ilə 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahilində həyatını itirən fələstinlilərin sayı 64-ə yüksəlib. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, Ramallahın Şaqba qəsəbəsində İsrail qüvvələri tərəfindən 2 nəfərin öldürüldüyü bildirilib.

TRT Haber-in məlumatına görə, Hadisə şahidləri Şakbanın girişində onlarla fələstinli nümayişçi ilə İsrail qüvvələri arasında döyüşün başladığını, İsrail qüvvələrinin nümayişçilərə qarşı rezin güllələrlə müdaxilə etdiyini bildirib. Ramallah və Əl-Bira şəhərlərinin girişlərində də fələstinlilərlə İsrail qüvvələri arasında toqquşmalar baş verib. Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərində İsrail ordusunun Şakbada öldürdüyü şəxslərin 17 yaşlı Kays Teym Şeleş və 15 yaşlı Halil Muhammed Halil olduğu bildirilib. Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail ordusu tərəfindən öldürülən fələstinlilərin sayı 64-ə yüksəlib.

Mübir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlara ümid verən layihə işıq üzü gördü

Bugün TV

Ankarada 3,6 bal gücündə zəlzələ baş verib

Teymur Əziz

BMT-nin baş katibi Quterreşin Yeni il mesajı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu