Baş xəbərDünya

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini öldürüb

Bugun.tv xəbər verir ki, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini öldürüb.Məsələ ilə bağlı Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi yazılı açıqlamada İsrail qüvvələrinin Tulkərəmin Baka qəsəbəsində 1 fələstinlinin şəhid olduğu, 1 nəfərin yaralandığı bildirilib. Eyni qurumdan edilən başqa bir açıqlamada Yerixoda sinəsindən və ayağından canlı güllələrlə yaralanan və vəziyyəti ağır olan bir fələstinlinin sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparıldığı qeyd edilib. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də başlatdığı hücumdan sonra İordan çayının qərb sahilində İsrail qüvvələrinin güllələri ilə öldürülən fələstinlilərin sayı 20-yə yüksəlib. Fələstin: 7 oktyabrdan bəri İordan çayının qərb sahilində 14 fələstinli öldürülüb. Digər tərəfdən, Hebron və Selfitdə İsrail əsgərləri tərəfindən öldürülən 3 fələstinlinin dəfn mərasiminə minlərlə insan qatılıb. Beyt Əmr qəsəbəsində şəhid olan 2 fələstinli üçün dəfn mərasimi təşkil edilərkən, dəfn mərasiminə qatılan İsrail qüvvələri ilə fələstinlilər arasında dava düşüb.Hadisə şahidləri davada İsrail qüvvələrinin müdaxiləsi nəticəsində yaralananların olduğunu və bir nəfərin vəziyyətinin ağır olduğunu bildirib.İsrail Qəzzaya hücumlarında fosfor bombalarından istifadə edib.İsrail Qəzzaya hücumlarında fosfor bombalarından istifadə edib. Dünən İsrail əsgərləri tərəfindən öldürülən 19 yaşlı Məhəmməd Macih Hamadın dəfn mərasimi minlərlə insanın iştirakı ilə Hebronun şimalındakı əl-Arub Qaçqınlar Düşərgəsində dəfn edilib. Qəzza zolağında qarşıdurma başlayandan sonra İordan çayının qərb sahilində İsrail qüvvələri ilə fələstinlilər arasında toqquşmalar baş verib.İsrail-Fələstin münaqişəsiHƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları zamanı Qəzzada 830 nəfərin öldüyünü, 4250 nəfərin isə yaralandığını açıqlayıb. Qəzzadan həyata keçirilən hücumlarda 1000 israillinin həyatını itirdiyi, 106-sı ağır olmaqla 2806 nəfərin yaralandığı bildirilib.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

İran dövlət televiziyası: Rəisi daşıyan helikopterin yeri müəyyən edilib

Aynur Camal

Səfərbərlik Xidmətinin ikisi general olmaqla 5 idarə rəisi işdən çıxarılıb

Bugün TV

SHXÇDX-nın Naxçıvan üzrə baş idarəsi yaradılıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu