Dünya

İsrail Qəzza zolağına yenidən qan tökdü: Ən azı 51 nəfər öldü

İsrail ordusunun Qəzza zolağının müxtəlif hissələrini hədəf alan son hücumları nəticəsində ən azı 51 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Beynəlxalq ictimaiyyətin reaksiyalarına rəğmən Qəzza zolağında qətliamlarını davam etdirən İsrail ordusu gecə yarısından etibarən yenidən bölgəni qana qərq edib.

AZI 51 İNSAN HƏYATINI İTİRİB

Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, Cibaliye Qaçqınlar Düşərgəsi və ətrafında mülki şəxslərə məxsus ev və çadırlara qarşı ən azı 4 hücum təşkil edilib.

Bu hücumlarda ən azı 47 nəfərin öldüyü bildirilir. Xan Yunis şəhərində çadıra pilotsuz təyyarənin hücumu nəticəsində eyni ailədən 4 nəfərin həyatını itirdiyi də bildirilib.

Hücumlarda çoxlu mülki vətəndaşın yaralandığı və ölənlərin sayının arta biləcəyi bildirilib.

ÖLƏNLƏRİN SAYI 52 908 NƏFƏ ÇATDI

Martın 18-də İsrail Qəzza zolağında atəşkəsi birtərəfli qaydada pozduqdan sonra İsrail ordusu bölgədə qırğınlarını yenidən gücləndirib.

Fələstin Səhiyyə Nazirliyindən verilən son açıqlamada İsrailin 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 52 min 908, yaralananların sayının isə 119 min 721 nəfərə çatdığı bildirilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Otelə hücum oldu: 3 ölü var

Bugün TV

Braziliya OPEK-ə üzv oldu

Aynur Camal

Maradonanın kuboku satışa çıxarılıb: 5 milyon dollar gözlənilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu