5 C
Baku
15 Dekabr 2025, 5:15
Dünya

İsrail Rəfahda bir evə hücum etdi

İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində bir evə endirdiyi hava hücumunda 4-ü uşaq olmaqla 7 fələstinli həyatını itirib.

Yerli mənbələrdən alınan məlumata görə, İsrail ordusuna aid döyüş təyyarələri Rəfahın Ez-Zuhur rayonunda fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirib.

Hücum zamanı 4-ü uşaq, 1-i qadın olmaqla 7 fələstinlinin həyatını itirdiyi, bəzilərinin isə yaralandığı bildirilib.

İsrailin baş naziri Binyamin Netanyahunun Rəfaha hücum edəcəkləri ilə bağlı bəyanatından sonra İsrail ordusunun Qəzza zolağının cənubunda yüz minlərlə köçkünə ev sahibliyi edən Rəfah şəhərinə hava hücumları artıb.

Netanyahu aprelin 30-da verdiyi açıqlamada əsir mübadiləsi razılaşmasının olub-olmamasından asılı olmayaraq Rəfaha hücum edəcəklərini bildirib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 685-i uşaq, 9 min 670-i qadın olmaqla, 34 min 596 fələstinli həlak olub, 77 min 816 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: TrtHaber

Bugün TV

Oxşar xəbərlər

Pakistanda Gənclərin İnkişafı müzakirə edildi

Aynur Camal

Bir saatda 26 min dollar dəyərində 24 telefon oğurladı

Aynur Camal

Sel fəlakəti: 3 milyon lari zərər vurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu