28 C
Baku
9 İyun 2025, 18:55
Dünya

İsrail rəsmiləri “gizli həbs qərarı”ndan narahatdırlar

İsrail rəsmilərinin Avropa səfərləri zamanı ortaya çıxacaq Qəzzə hücumlarına görə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) bəzi məmurlar üçün “gizli həbs qərarı” verəcəyindən narahat olduqları bildirilib.

İsraildə çıxan “Yedioth Ahronoth” qəzetində çıxan xəbərə görə, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) mümkün həbs qərarına qarşı çalışan qrupun bir hissəsi olan israilli mənbə, məhkəmənin gizli həbs qərarı çıxara biləcəyindən narahat olduqlarını bildirib.

Xəbərdə məhkəmə tərəfindən mümkün gizli həbs qərarı çıxaran İsrail rəsmilərinin bu vəziyyətdən ancaq Avropaya səfər edərkən xəbər tutacağına inanıldığı da vurğulanıb.

“The Times of Israel” qəzetinə danışan adı açıqlanmayan yüksək rütbəli İsrail rəsmisi bildirib ki, İsrail Milli Təhlükəsizlik Şurası mümkün həbs qərarının qarşısını almaq üçün kampaniya aparır.

İsrailli jurnalist və siyasi analitik Ben Kaspit “Walla” internet saytı üçün yazdığı məqalədə İsrailin baş naziri Benyamin Netanyahunun həbs qərarının qarşısını almaq üçün sıx telefon trafiki həyata keçirdiyini və “başda ABŞ prezidenti olmaqla liderlərə təzyiq etdiyini” qeyd edib.

İsrail Xarici İşlər Nazirliyi həmçinin dünyadakı səfirliklərindən BCM-nin İsrail rəsmilərinin həbsinə order verəcəyi təqdirdə yarana biləcək fəsadlara hazır olmalarını xahiş edib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Almaniyada Yeni il gecəsi 3 nəfər pirotexniki vasitələrdən istifadə edərkən öldü

Teymur Əziz

Qış gəldi və şkafdan çıxdılar, amma diqqətli olun! Ağırlıqlı yorğanlar hansı sağlamlıq problemlərinə səbəb olur?

Aynur Camal

G7 və Aİ Rusiya qaz və neft kəmərləri kəsiləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu