30 C
Baku
27 İyul 2025, 21:44
DünyaSiyasət

İsrail səfiri ABŞ-ın Xarici İşlər Nazirliyinə çağırıldı

ABŞ dövlət katibinin müavini Vendi Şerman İsrail parlamentində yeni təsdiq edilmiş qanunla bağlı İsrail səfiri Mayk Herzoqa “narahatlıq” ifadə edib.

Bugun.tv xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel bildirib.

Şerman Xarici İşlər Nazirliyinə çağırılan səfir Herzoqa bölgədəki gərginliyi artıracaq hərəkətlərdən və ritorikadan çəkinməli olduğunu vurğulayıb.

V.Patel də İsraili 2005-ci ildə “ABŞ qarşısında götürdüyü öhdəliyə uyğun olaraq” köçkünlərin geri qayıtmasına icazə verməməyə çağırıb.

O, qeyd edib ki, İsrailin maliyyə naziri Bezalel Smotriçin “Fələstin xalqına məhəl qoymamaq” və İordaniyanın da daxil olduğu “İsrail xəritəsi”ndən istifadə etmək sözləri “hücumedici, həyəcanverici və təhlükəlidir”.

Fələstin xalqının zəngin tarixə və mədəniyyətə malik olduğunu qeyd edən Patel ABŞ-ın fələstinlilərlə tərəfdaşlığına önəm verdiyini bildirib.

Mənbə: The Times of Israel

Nigar Məmmədova

Oxşar xəbərlər

Rusiya bəzi dövlətlərə rouminqi ləğv edəcək

Aynur Camal

Psixoloq sevgini öldürən əsas səhvləri sadaladı

Aynur Camal

İndoneziya Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq edəcək

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu