24 C
Baku
5 Sentyabr 2025, 9:10
Digər

İsrail Hələb aeroportuna havadan zərbələr endirdi

İsrail  Aralıq dənizi istiqamətindən Hələb Beynəlxalq Hava Limanını hədəfə alaraq havadan təcavüz aktı həyata keçirib. Maddi ziyana səbəb olan hücum nəticəsində hava limanının xidməti dayanıb.

Bugun.tv xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb.

Suriyanın Nəqliyyat Nazirliyi bildirib ki, İsrailin təcavüzündən sonra zəlzələlərdən zərər çəkmiş bölgələrdəki insanlara humanitar yardım aparan uçuşlar da daxil olmaqla, bütün reyslərin Dəməşq və Lattakiya hava limanlarına yönləndirilib. Nazirlik onu da qeyd edib ki, hazırda Hələb hava limanına dəyən zərərin qiymətləndirilməsi aparılır.

Xatırladaq ki, fevralın 19-na keçən gecə İsrailin dörd F-16 qırıcısı Qolan təpələrindən Dəməşq raketinə zərbələr endirib. Nəticədə 7-si  suriyalı hərbçi olmaqla, 15 nəfər ölüb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Pəhriz haqda doğru bildiyimiz yanlışlar

Bugün TV

Deputat Vüqar İskəndərov Şəkidə seçicilərlə görüşdü

Aynur Camal

Türkiyədə axtarışlar davam etdirilir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu